Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri başa çatıb

Pirelli şirkəti bu həftə Barselonada keçirilən 2027-ci il mövsümü üçün nəzərdə tutulan təkər prototiplərinin testlərinin ikinci gününü başa çatdırıb. Təkər istehsalçısı Ferrari və Cadillac komandalarının təqdim etdiyi bolidlərdən istifadə edərək quru təkərlərlə işləyib.

Testlərin ikinci günündə Artur Lekler Ferrari-də qardaşı Şarl Lekleri əvəz edib, Quanyu Çjou isə Cadillac ilə proqramını davam etdirib.

Hər iki sürücü C2 tərkibinin müxtəlif versiyalarını həm qısa, həm də uzun dövrə seriyalarında sınaqdan keçirib. Artur Lekler 141 dövrə vurub və ən yaxşı nəticəsi 1:17.430 olub. Quanyu Çjou isə 130 dövrə tamamlayaraq 1:19.321 vaxt göstərib.

Pirelli təkərlərinin növbəti testləri Silverstoun mərhələsindən sonra, çərşənbə axşamı və çərşənbə günləri keçiriləcək. Həmin sınaqlarda Mercedes və Williams komandaları iştirak edəcək, işlər yenə də quru təkərlərlə aparılacaq.

Rauf Hacıyev

Şərh əlavə et