İyunun 7-də keçirilən Monako Qran Prisində Qasli tras üzərində yarışı üçüncü sırada başa vurub. Lakin pit yoluna daxil olarkən sürət həddini aşdığı üçün yarışdan sonra vaxt cəzası alıb və nəticədə yeddinci yerə geriləyib.
Pit yolunun rəsmi zamanlama sistemlərində nasazlıq aşkarlanmasından sonra Alpine bu qərara etiraz edib. Komandanın “Yenidən baxılma hüququ” tələbi qəbul edildikdən sonra Qaslinin cəzası ləğv edilib və fransalı sürücü yenidən podiumun son pilləsinə yüksəlib.
Fransalı sürücünün üçüncü yerə qaytarılmasından sonra McLaren və Red Bull məsələni FIA-nın Beynəlxalq Apellyasiya Məhkəməsinə daşıyıb. Niderland Qran Prisindən sonra keçirilən dinləmənin ardından qərar bir daha dəyişdirilib.
İtaliya Qran Prisindən əvvəl açıqlanan yekun qərara əsasən, Pyer Qasli Monako Qran Prisindəki üçüncülük nəticəsini və podiumunu rəsmi olaraq itirib. Red Bull komandasının sürücüsü Ayzek Hacar isə Monako Qran Prisinin üçüncüsü elan edilib.
Son məlumata görə, Alpine komandanın bu qərardan narazı olduğu və hüquqi imkanlarını dəyərləndirdiyi bildirilir. Komandanın yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.




Şərh əlavə et