P.Qasli: Bakı xoşuma gəlir

P.Qasli: Bakı xoşuma gəlir
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, Bakıda yarışmaq onun çox xoşuna gəlir.

Kokpit.az xatırladır ki, fransalı sürücü daha əvvəl Azərbaycan Qran Prisində üçüncü olaraq, podium qazanıb. 29 yaşlı pilotun bu həftəsonu əsas məqsədlərindən biri onluğa düşməkdir.

Pyer Qasli: “Bizi çətin və ardıcıl üç yarışdan ibarət olduqca gərgin mövsüm mərhələsi gözləyir. Bakıda həmişə mürəkkəb məsələləri həll etmək lazım gəlir və burada çıxış etmək xoşuma gəlir. Trasın həm sürətli, həm də dolanbac hissələrini çox bəyənirəm. Ötmək üçün çoxsaylı imkanlar olduğuna görə burada yarışlar adətən maraqlı keçir.

Görək, bu nəsil bolidlər özünü necə göstərəcək. Amma əminəm ki, bizi ciddi sınaq gözləyir. Ümid edirəm, hazırkı rəqabət qabiliyyətimizi qoruyub saxlaya biləcəyik. Komanda hazırda yaxşı çıxış edir və qarşıdakı ardıcıl üç yarış ərzində də eyni tempdə davam etmək vacibdir.

2021-ci ildə Bakıda podiuma yüksəlmişdim. Lakin son illərdə bu trasda komandamız üçün hadisələr o qədər də yaxşı inkişaf etməyib. Cümə axşamı məhsuldar işləməyə və bolidin potensialını sıralama turlarında tam üzə çıxarmağa imkan verəcək sazlamaları tapmağa çalışacağıq. Ümid edirəm, yenidən start düzümündə daha yuxarı mövqelərdə yer alacaq və xal uğrunda mübarizə aparmaq şansı qazanacağıq”.

Bunları da oxuyun

Şərh əlavə et