P.Qasli: Nəticədən razıyam

P.Qasli: Nəticədən razıyam
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının sürücüsü Pyer Qasli Bakı Şəhər Halqasındakı sıralanma turundan razı qalıb.

Kokpit.az xatırladır ki, fransalı sürücü Azərbaycan Qran Prisinin sıralanma turunda yeddinci nəticə göstərib.

Pyer Qasli: “Sıralanma turunun nəticələrindən çox razıyam. Komanda həftəsonu ərzində əla iş görüb və bolidi elə sazlayıb ki, özümü rahat hiss edirəm və bütün dövrə boyunca hücum edə bilirəm. Düşünürəm ki, balans və özünəinam baxımından Bakıda uzun müddətdir boliddən aldığım ən yaxşı hisslər bunlardır.

İlk və ikinci sessiyalar yaxşı keçdi, hər dövrədə sürətimizi bir qədər artırdıq. Final sessiyası isə bir qədər xaotik alındı. Sarı bayraqlar sürətli dövrələrimə mane oldu. Lakin bu, Bakı trası üçün xarakterik haldır və belə bir vəziyyət gözlənilən idi.

Startı böyük inamla gözləyirəm. Start düzümündə yaxşı mövqeyim var. Bugünkü yarışda bu üstünlükdən maksimum istifadə etməyə və xal qazanmağa çalışacağam”.

Bunları da oxuyun

Şərh əlavə et