Qasli: Nəticəni qəbul etmək çətindir

Qasli: Nəticəni qəbul etmək çətindir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandasının pilotu Pyer Qasli Azərbaycan yarışında komanda yoldaşı Franko Kolapintonun səbəb olduğu qəza nəticəsində yarışı başa vura bilməyib.

 

Orta qrupun liderliyini davam etdirən və ciddi xallar qazanmağa yaxın olan fransalı pilot komandanın Konstruktorlar Çempionatındakı rəqibi Racing Bulls qarşısında böyük itki verdiyini bildirib.

Yarış ərzində orta qrupun ən sürətli pilotu olan və Aleksander Elbonun qəzasından sonra təhlükəsizlik avtomobili trasa çıxdığı anda 7-ci yerdə qərarlaşan Qasli komanda yoldaşı Franko Kolapintonun ilk döngədə təkərləri kəskin şəkildə bloklamasından sonra mübarizədən kənarda qalıb.

Kolapinto daxili trayektoriyada idarəetməni itirərək Qasliyə çırpılıb. Zərbədən sonra Qaslini avtomobili Lando Norrisin McLaren-inə doğru yönəlib və nəticədə hər üç pilot yarışı başa vura bilməyib.

Həmin vaxt Racing Bulls pilotları da təmas yaşasa da, Arvid Lindblad yarışı 7-ci yerdə tamamlayıb. Nəticədə Alpine rəqibi qarşısında 13 xal itirib. Qəzanın şokunu hələ də yaşayan Qasli yarışın gedişatını belə təsvir edib: “İnanılmazdır, çoxlu xal itirdik… Belə güclü keçən həftəsonundan və əla yarışdan sonra bu nəticə ilə ayrılmağımız hamımız üçün böyük məyusluqdur.

Avtomobildə özümü çox yaxşı hiss edirdim. Tempimiz demək olar ki, Lyuis Həmilton qədər yaxşı idi və Lando Norris ilə eyni səviyyədə idik. Buna görə baş verənləri həzm etmək mənim üçün çox çətindir”.

Monzada poul mövqeyi qazanmasına baxmayaraq, avtomobilinin bu mövsüm yarış şəraitində heç vaxt bu qədər rəqabətədavamlı olmadığını deyən Qasli qarşılarına çıxan böyük fürsətləri dəyərləndirməli olduqlarını vurğulayıb.

Kolapintonun ondan üzr istəməsi barədə suala cavab verməzdən əvvəl bir neçə saniyə susan təcrübəli pilot yarışdan sonrakı hisslərini və təhlükəsizlik avtomobilindən sonrakı restartı belə dəyərləndirib: “Açıq danışsaq, düşünürəm ki, bu, bu il sahib olduğumuz ən yaxşı avtomobildir. Bu, müəyyən mənada müsbət haldır. Lakin böyük xal toplamaq şansı əldə etdikdə bunu reallaşdırmalısan. Təəssüf ki, dünən bunu bacarmadıq.

Tamamilə məhv olmuş vəziyyətdəyəm. Mənə qalsa, baş verənlərdən heç də razı deyiləm. Amma yenə də onun üzrünü qəbul edəcəyəm.

Təhlükəsizlik avtomobilindən sonra yarış lideri Corc Rassellın restartı gec başlatmasına gəlincə, Corc istədiyini edə bilər. Biz kifayət qədər sıx qrupda idik. Ancaq  yeni mühərriklərimiz, batareya və enerjinin bərpası ilə bağlı məhdudiyyətlər səbəbindən edə biləcəklərimiz baxımından çox sərbəst deyilik. Buna görə Rassellın prosesi bu qədər gec başlatması mənim üçün sürpriz olmadı.”

Bunları da oxuyun

Şərh əlavə et