Lakin bu dəfə Pirelli komandaları tam yağış təkərlərindən – mavi zolaqlı tərkiblərdən istifadə etməyə çağırır. Səbəb isə sərin havada keçid təkərləri işçi temperaturuna çatdırmağın çətin ola bilməsidir.
Pirelli-nin baş mühəndisi Simone Berra: “Proqnoz yağış və təxminən 11-12 dərəcə hava temperaturu göstərir. Böyük ehtimalla asfaltın temperaturu da eyni olacaq. Biz təkərləri belə şərait üçün hazırlamamışıq.
Bu qədər hamar asfaltlı trasda və soyuq havada təkərləri isitmək çox çətin olacaq. Düşünürəm ki, keçid təkərlərdə pilotlar tam yağış tərkibi ilə ilə müqayisədə daha çox əziyyət çəkəcəklər, çünki onların işçi diapazonu daha dardır. Yağış təkərlərində isə problemlər daha az olacaq.
Məsələ yalnız isinmə ilə bağlı deyil. Stabil işçi temperaturuna çatmaq üçün təxminən beş dövrə lazım olacaq. Amma təkərlər temperatur itirməyə başlasa və onu yenidən artırmağın yolunu tapa bilməsəniz, bu ciddi problemə çevriləcək. Trasla ilişmə azalacaq, halbuki bu təkərlər soyuq vəziyyətdə işləmək üçün nəzərdə tutulmayıb. Ona görə də hesab edirik ki, məhz bu şəraitdə tam yağış təkərləri daha yaxşı seçim olacaq.
İki il əvvəl də yarış yağış altında keçirilmişdi və Haas komandası tam yağış təkərlərinə üstünlük vermişdi. Onlar həmin vaxt yaxşı temp göstərmişdilər. Əgər bazar günü yenə yağış yağsa, oxşar vəziyyət yaranacaq və şəxsən mən tam yağış təkərlərini seçərdim”.




Şərh əlavə et