Komandanın texniki direktoru Ceyms Əllison bildirib ki, problem güc qurğusunun batareyasında yaranıb.
Ceyms Əllison: “Kanada həftəsonu bizim üçün vacib idi, çünki maşına ilk böyük yeniləmə paketini gətirmişdik və onun effektivliyini təsdiqləyəcəyinə ümid edirdik. Elə də oldu. Amma ümumilikdə performans baxımından çox uğurlu keçən həftəsonu Corcun maşınındakı etibarlılıq problemi ilə kölgələndi.
Corcun güc qurğusundakı problem batareyanın nasazlığı ilə bağlı idi. Yarışın üçdə biri geridə qaldıqdan sonra sıradan çıxma baş verdi və nəticədə bu, yarışdan qalma ilə yekunlaşdı.
Yarışdan sonra aydın gördük ki, batareya həddindən artıq qızmadan ciddi zədələnib. İndi səbəbi dəqiq müəyyənləşdirməli və yaxın günlərdə problemi aradan qaldırmalıyıq”.




Şərh əlavə et