Kanadadakı sıralnama turu həmişə maraqlı keçir. Həftəsonu boyunca kifayət qədər insident və qəza yaşanmışdı. Sıx mübarizədə mövqe uğrunda risk etmək lazım gəlirdi, xüsusilə də bazar günü start mövqeyi daha böyük əhəmiyyət daşıya bilərdi. Hava proqnozu yağış vəd edirdi və FIA sıralanma turundan əvvəl yağış xəbərdarlığı yayımlamışdı.
Adətən ötmənin mümkün olduğu traslar barədə deyirlər ki, belə yerlərdə poul mövqeyi o qədər də vacib deyil. Amma Monrealın statistikası tipik şəhər trasını xatırladır. Belə ki, son on Kanada Qran Prisindən yeddisini məhz sıralama turunun qalibi qazanıb.
Ötən il olduğu kimi, bu həftəsonu da Mercedes pilotları üstün təsir bağışlayıblar. Sərbəst yürüşdə Antonelli lider olub, sprint sıralanma turunu və sprint yarışını isə Rassell qazanıb. Sprintdə onlar az qala toqquşurdular. Liderlik uğrunda mübarizədə Corc gənc komanda yoldaşını trasdan sıxışdırıb, Kimi isə narazılığını açıq şəkildə ifadə edib. Toto Volff isə sessiya ərzində iki dəfə ona belə məsələləri efirdə müzakirə etməməyi tapşırıb. Hamı bu rəqabətin davamını maraqla gözləyirdi.
Pirelli mərhələyə “yumşaq” təkər üçlüyü – Hard, Medium və Soft rolunda C3, C4 və C5 tərkibləri ilə gəlib. Həftəsonunun əvvəlindən fərqli olaraq trasın vəziyyəti yaxşılaşıb və asfalt artıq işlənmiş rezin qat ilə örtülüb.
Birinci sessiyada Alonso pit yoluna məhz Kolapintonun bolidi yaxınlaşdığı anda buraxılıb. Franko toqquşmadan yayınmaq üçün sərt əyləc etməli olub. Stüardlar bu insidenti araşdırmağa götürüblər. Eyni zamanda Strollun təhlükəli şəkildə trasa buraxılması da diqqət mərkəzində olub.
Hamı Soft təkərlərlə trasa çıxıb. Qısa trasda trafik problemləri yaşanıb. Leklerin sürətli dövrəsi tras limitlərini aşdığı üçün silinib. Hülkenberq və Bortoleto da trasdan çıxıblar, amma bolidlər zədələnməyib.
Ən yaxşı nəticəni Antonelli göstərib. O, dövrəni 1:13.380 vaxta tamamlayıb. Okon, Elbon, Alonso, Peres, Stroll və Bottas növbəti mərhələyə keçə bilməyiblər.
İkinci sessiyada hamı yenidən Soft təkərlərə üstünlük verib. Sayns qızdırma dövrəsindən sonra boksa qayıtsa da, sonradan yenidən trasa çıxıb. Antonelli yeni referans nəticə müəyyənləşdirib – 1:13.076.
Berman, Louson və Rassell trasdan çıxıblar, amma bolidlər zədələnməyib. Ferstappen isə təkərləri işlətməkdə çətinlik çəkdiyini bildirib.
İkinci cəhdlərdə Həmilton 1:13.041 nəticə ilə liderliyə yüksəlib. Daha sonra Hacar ondan cəmi 0.07 saniyə sürətli olub – 1:12.975. İlk beşlik arasındakı fərq isə cəmi 0.1 saniyə təşkil edib.
Hülkenberq, Louson, Bortoleto, Qasli, Sayns və Berman final sessiyasına yüksələ bilməyiblər.
Final sessiyasında Norris 1:12.729 nəticə ilə yeni orientir müəyyənləşdirib. Əksər pilotlar asfaltla ilişmənin zəif olmasından və təkərləri isitməkdə çətinlikdən şikayətlənib – gün ərzində hava buludlanıb və temperatur aşağı düşüb.
Mübarizə son dərəcə gərgin alınıb. Pilotlar növbə ilə liderliyə yüksəlsələr də, sonda təcrübə gəncliyə qalib gəlib – Rassell Antonellini 0.07 saniyə qabaqlayaraq 1:12.578 nəticə ilə protokola başçılıq edib.
Corc Rassell ardıcıl üçüncü dəfə Monrealda sıralanma turunun qalibi olub. Bu, onun karyerasında doqquzuncu, mövsümdə isə ikinci pouludur.
Beləliklə, bazar günü Mercedes pilotları start düzülüşünün ilk cərgəsini tam ələ keçirəcəklər. McLaren ikinci sıranı bölüşəcək, Həmilton və Ferstappen isə üçüncü cərgədən start alacaqlar. Yarışda isə çox şey hava şəraitindən asılı olacaq.
Kvalifikasiyanın nəticələri
| Sıra | Pilot | Komanda | Q1 | Q2 | Q3 |
|---|---|---|---|---|---|
| 1 | C.Rassell | Mercedes | 1:13.953 | 1:13.079 | 1:12.578 |
| 2 | K.Antonelli | Mercedes | 1:13.380 | 1:13.076 | 1:12.646 |
| 3 | L.Norris | McLaren | 1:13.503 | 1:13.049 | 1:12.729 |
| 4 | O.Piastri | McLaren | 1:13.559 | 1:13.285 | 1:12.781 |
| 5 | L.Həmilton | Ferrari | 1:13.767 | 1:13.041 | 1:12.868 |
| 6 | M.Ferstappen | Red Bull | 1:14.067 | 1:13.479 | 1:12.907 |
| 7 | A.Hadjar | Red Bull | 1:13.654 | 1:12.975 | 1:12.935 |
| 8 | Ş.Lekler | Ferrari | 1:13.825 | 1:13.496 | 1:12.976 |
| 9 | A.Lindblad | Racing Bulls | 1:13.895 | 1:13.548 | 1:13.280 |
| 10 | F.Kolapinto | Alpine | 1:14.466 | 1:13.857 | 1:13.697 |
| 11 | N.Hülkenberq | Audi | 1:14.562 | 1:13.886 | — |
| 12 | L.Louson | Racing Bulls | 1:14.346 | 1:13.897 | — |
| 13 | G.Bortoleto | Audi | 1:14.775 | 1:14.071 | — |
| 14 | P.Qasli | Alpine | 1:14.698 | 1:14.187 | — |
| 15 | K.Sayns | Williams | 1:14.276 | 1:14.273 | — |
| 16 | O.Birman | Haas | 1:14.449 | 1:14.416 | — |
| 17 | E.Okon | Haas | 1:14.845 | — | — |
| 18 | A.Elbon | Williams | 1:14.851 | — | — |
| 19 | F.Alonso | Aston Martin | 1:15.196 | — | — |
| 20 | S.Peres | Cadillac | 1:15.429 | — | — |
| 21 | L.Stroll | Aston Martin | 1:16.195 | — | — |
| 22 | V.Bottas | Cadillac | 1:16.272 | — | — |




Şərh əlavə et