Aston Martin ilk cəriməni Fernando Alonsonun pit-leynə təhlükəli şəkildə buraxılmasına görə almışdı. Həmin epizodda Alonso az qala Franko Kolapintonun qarşısına çıxırdı və komanda 5000 avro cərimələnmişdi.
İkinci cərimə isə Ləns Strollun bolidinin təhlükəli vəziyyətdə trasa buraxılması ilə bağlı olub.
Stüardlar müəyyən ediblər ki, Stroll pit yolundan çıxarkən əvvəlcə təkərin xarici qapağı, ilk dövrə ərzində isə daxili hissəsi də yerindən qopub. Qeyd olunub ki, bu detallar karbon materialdan hazırlansa da, pit yolundakı insanlara xəsarət yetirə və ya digər bolidlərə zərər vura bilərdi. Nəticədə komanda daha 7500 avro cərimə olunub.
Ləns Stroll daha bir araşdırmanın da iştirakçısı olub. Onun Niko Hülkenberqi blokladığı ehtimal edilirdi, ancaq stüardlar Aston Martin pilotunun hərəkətlərində qayda pozuntusu görməyiblər.
Eyni qərar Lyuis Həmiltonla bağlı da verilib. Stüardlar onun Pyer Qaslini blokladığı iddiasını təsdiqləyəcək əsas tapmayıblar.




Şərh əlavə et