Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin cərimələnib

Stüardlar sıralama turunun əvvəlində baş vermiş insidenti araşdırdıqdan sonra Aston Martin komandasını 5000 avro məbləğində cərimələyiblər.

Hadisə zamanı komandanın mexaniki Fernando Alonsonu pit yoluna elə buraxıb ki, həmin anda oradan keçən Franko Kolapinto ilə toqquşma təhlükəsi yaranıb.

Qəzadan yayınmaq üçün Kolapinto təcili əyləcdən istifadə etməli olub. Stüardlar Aston Martin-in hərəkətlərini “təhlükəli şəkildə trasa buraxılma” kimi qiymətləndiriblər və bu cür hallarda tətbiq olunan standart cəriməni veriblər.

Rauf Hacıyev

Şərh əlavə et