Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Təkərləri işlətmək çətindir

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, Kanada Qran Prisinin sıralanma turunda təkərləri qızdırmaq ona çətin olub. 

Kokpit.az xatırladır ki, italyan sürücü Monrealdakı təsnifat mərhələsində komanda yoldaşı Corc Rasselldən 0.068 saniyə geridə qalaraq, ikinci olub. Bununla da onun ardıcıl poul qazanma seriyası başa çatıb.

Kimi Antonelli: “Bu həftəsonu təkərləri düzgün iş rejiminə gətirmək, onları lazımi temperatura qədər isitmək çox çətindir. Amma ümumilikdə nəticəmdən razıyam. Əlbəttə, dövrəni bir qədər də sürətli keçmək olardı, lakin Corc çox yaxşı sürət göstərdi və indi diqqəti sabahkı yarışa hazırlığa yönəltməliyik.

Havanın necə olacağını görəcəyik, lakin təbii ki, hadisələrin istənilən inkişafına hazırlaşmağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et