Sprinti üçüncü yerdə başa vuran italyan sürücü yarışdan sonra Rassellə mübarizəni qısa şəkildə şərh edib.
Kimi Antonelli: “Çətin mübarizə idi. Açığı, hamımız təxminən eyni tempdə gedirdik, ona görə də heç də asan deyildi.
Ötməyə cəhd etdim. Epizoda yenidən baxmalıyam, çünki rəqiblə yanaşı gedirdim və məni trasdan kənara sıxışdırdılar. Lakin artıq nə olubsa, olub.
Sonra səkkizinci döngədə səhvə yol verdim. Böyük bir qabarın üzərindən keçdim və təkərləri blokladım. Bu, yarışımı bir qədər korladı, ancaq ümumilikdə yaxşı mübarizə oldu”.




Şərh əlavə et