Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Yaxşı yarış oldu

Lando Norris Kanada Qran Prisindəki sprint yarışını ikinci yerdə başa vurub.

Kokpit.az xatırladır ki, McLaren komandasının pilotu Corc Rassellə qarşı mübarizədə Kimi Antonellinin uğursuz həmləsindən yararlanaraq mövqeyini qazanıb. Norris qısa şənbə yarışının gedişindən razı qalıb.

Lando Norris: “Yaxşı yarış oldu. Ən maraqlısı isə önümdəki mübarizəni izləmək idi. Fürət yaranan kimi bundan istifadə etməyə hazır idim, amma onlar həqiqətən sürətli idilər.

Kimi mənə çox tez çatdı, buna görə narahat olmaq üçün səbəb var idi. Amma eyni zamanda qarşımdakı Corca da hücum etmək istəyirdim, ona görə də yarış maraqlı keçdi. Bu trasda hücum etmək çətindir, çünki səhvə yol vermək çox asandır. Amma bu gün yaxşı nəticə əldə etdik”.

Rauf Hacıyev

Şərh əlavə et