Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Heç vaxt narahat olmadım

Mercedes komandasının sürücüsü Corc Rassell Monreal sprintinin qalibi olub.

Britaniyalı pilot yarış ərzində Kimi Antonellinin bir neçə hücumunu kifayət qədər sərt, amma qaydalar çərçivəsində dəf edib. Gənc komanda yoldaşı isə bundan ciddi şəkildə narazı qalıb. Mercedes komandasının rəhbəri Toto Volff hətta Antonellinin əsəbi radio mesajlarını dayandırmağa məcbur olub və ondan diqqətini pilotaja yönəltməyi istəyib.

Corc Rassell: “Əla yarış idi, amma bu trasda ciddi üstünlük yaratmaq çox çətindir. Elə indicə bunu Lando Norrislə də müzakirə edirdik.

Belə görünürdü ki, rəqiblər yaxın təqib edə bilirlər. Hava kisəsinə daxil olma və ötmə rejimi birlikdə kifayət qədər effektiv işləyirdi. Üstəlik, Kimi ilə maraqlı duelimiz oldu. Ən əsası isə odur ki, finişdən sonra hər ikimiz burada dayanıb sprint barədə danışırıq.

Düzünü desəm, nəticələrimlə bağlı heç vaxt xüsusi narahatlıq keçirməmişəm. Sadəcə bilirəm ki, Mayami trası mənə uyğun deyil. Bundan əlavə, təqvimdə çox uzun fasilə var idi və bu müddətdə çox adam müxtəlif şeylər danışmağa başlamışdı.

Amma şəxsən mən sadəcə yenidən yarışlara qayıtmaq istəyirdim. Hazırda elə hiss yaranır ki, mövsüm yenidən başlayıb və qarşıdakı səkkiz həftədə altı yarış keçirəcəyik. Mən sadəcə mümkün qədər tez bu ritmə qayıtmaq istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et