Kokpit.az xatırladır ki, ispaniyalı sürücü birinci sessiyanın sonunda qəza edib və buna görə radio vasitəsi ilə komandasından üzr istəyib. Buna baxmayaraq, o, ikinci sessiyaya yüksələ bilib.
Fernando Alonso (16-cı yer): “Təəssüf ki, üçüncü döngədə ön təkərləri blokladım və sadəcə maşının içində sərnişinə çevrildim. İnsidentə qədər hər şey kifayət qədər yaxşı gedirdi. Şənbə gününün nə gətirəcəyini görəcəyik. Sprintdə və əsas sıralama turunda nəyə nail ola biləcəyimizə baxacağıq”.
Ləns Stroll (18-ci yer): “Qırmızı bayraqdan sonra sürətli dövrə vurmaq üçün əlimizdən gələni etdik, amma təkərlər çox soyuq idi və vaxtımı yaxşılaşdıra bilmədim. Bəzən belə hallar olur. Bütün məlumatları analiz edəcəyik, nələri yaxşılaşdıra biləcəyimizə baxacağıq və ümid edirəm ki, sabah daha yaxşı nəticə əldə edəcəyik”.




Şərh əlavə et