S.Berra: Burada təkərlərə çox yük düşmür

Rauf Hacıyev 23 May 2026, 12:59
S.Berra: Burada təkərlərə çox yük düşmür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Monrealdakı Notr-Dam adası trası nadir hallarda yarışlar üçün istifadə olunur.

Buna görə də həftəsonunun əvvəlində asfaltın ilişmə səviyyəsi aşağı olur, amma Pirelli-də əmindirlər ki, trasın vəziyyəti getdikcə yaxşılaşacaq.

Pirelli-nin baş mühəndisi Simone Berra: “Şənbə sprinti olan mərhələlərdə adətən necə olursa, komandalar yeganə sərbəst yürüşün böyük hissəsində Hard təkərlərlə işlədilər, amma proqramlar fərqli idi. Bəziləri uzun və qısa dövrə seriyalarını növbələşdirirdi, digərləri isə Mayami Qran Prisindən sonra gətirilən yeniliklərin qiymətləndirilməsinə fokuslanmışdı. Dövrə vaxtlarını ötən illə müqayisə etsək, fərq təxminən iki saniyədir.

Monrealda təkərlərin səthində tez-tez dənlənmə yaranır. Hazırda bu problem yalnız ön sol təkərdə müşahidə olunur və arxa oxa təsir etmir. Halbuki məhz arxa təkərlərdə effektivliyin azalması daha ciddi nəticələrə səbəb ola bilərdi. Bu trasda təkərlərə düşən yük yüksək deyil, ancaq  bu da öz növbəsində onların isinməsini çətinləşdirir. Təkəri lazımi işçi temperaturuna çatdırmaq üçün xüsusi səy tələb olunur.

Bunu sprint sıralama turunda da gördük. Orada əsas məsələ sürətli dövrənin başlanğıcına qədər təkərləri düzgün şəkildə isitmək idi. Əsas sıralanma turunda da vəziyyət oxşar olacaq, baxmayaraq ki, şənbə günü asfaltın vəziyyəti cümə ilə müqayisədə daha yaxşı olacaq. Burada tras örtüyü həftəsonu boyunca davamlı şəkildə yaxşılaşır”.

Bunları da oxuyun

Şərh əlavə et