Kokpit.az xatırladır ki, McLaren komandasının pilotları Lando Norris və Oskar Piastri Kanada Qran Prisində keçiriləcək şənbə sprintində start düzülüşünün ikinci cərgəsini bölüşəcəklər.
Lando Norris: “Əslində çox yaxşı nəticədir, hətta xoş sürpriz oldu. Sərbəst yürüşdən sonra bir qədər narahat idik, çünki bolidə tam əmin deyildik. Amma sprint sıralanma turundan əvvəl bəzi düzəlişlər etdik və bunun sayəsində maşın daha yaxşı işləməyə başladı. Üçüncü yerdən razıyam.
Əlbəttə, dövrəmi ideal adlandırmaq olmazdı. Boliddən daha çox şey çıxarmaq mümkün idi. Lakin liderlərlə fərq elə də böyük deyil. Demək olar ki, sərbəst yürüşlə müqayisədə vəziyyəti öz xeyrimizə dəyişə bildik. Komandamızla qürur duyuram, çünki əla iş görüblər.
Ümumilikdə vəziyyət pis deyil. Bəzi məqamlar hələ də suallar yaradır və onları təhlil etməliyik. Amma nəzərə almaq lazımdır ki, Kanada trası qeyri-adi xüsusiyyətlərə malikdir. Burada asfaltla ilişmə çox aşağıdır, maşın kerblərdə tullanır və buna görə də real vəziyyəti anlamaq, eləcə də aerodinamik tuneldə gördüyümüz rəqəmləri təsdiqləmək çətindir.
Bəzi məqamlar üzərində işləməliyik. Ola bilsin ki, buna növbəti mərhələdə və ya Barselonada qayıdaq. Ancaq digər tərəfdən, bolid yaxşı işləyirdi və xüsusilə final sessiyasında Soft təkərlərlə özümü çox inamlı hiss etdim. Həftəsonu ərzində ilk dəfə idi ki, belə inam hissi yaşayırdım. Yaxşı addım atmışıq, amma şənbə günü daha nələri yaxşılaşdıra biləcəyimizi görəcəyik”.




Şərh əlavə et