Kokpit.az xatırladır ki, italyan sürücü Kanada sprint sıralanma turunda ikinci yeri tutub.
Kimi Antonelli: “Etiraf etməliyəm ki, dövrəm elə də yaxşı alınmadı və ümumilikdə sessiya bizim üçün ideal keçmədi. Sprint sıralama turunun ikinci hissəsində səhvə yol verdim və buna görə bir qədər vaxt itirdim. Daha sonra isə yumşaq təkərlərlə dövrə vurmağa qərar verdim, amma onların hazırlanmasına kifayət qədər diqqət yetirmədim və nəticədə təkər lazımi qədər isinməmişdi.
Bir qədər qarışıq sıralanma turu alındı, ancaq buna baxmayaraq ikinci nəticəni göstərdim və çox az fərqlə geri qaldım. Ümumilikdə boliddə potensialın olduğu açıq görünür və sabah daha yaxşı çıxış edəcəyik.
Kanadaya texniki yeniliklərlə gəlmişik və sıralanma turunun nəticələri onların effektivliyini təsdiqləyir. Təbii ki, yenilənmiş bolidin xüsusiyyətlərini daha yaxşı anlamağa ehtiyac var, çünki balans müəyyən qədər dəyişib.
Lakin görünür ki, yeniliklər yenidən üstünlük qazanmağa imkan verir və şənbə günü bundan maksimum yararlanmağa çalışacağıq”.




Şərh əlavə et