Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monrealda sprint sıralama turunun qalibi olub. Bu, Mercedes pilotunun karyerasında ikinci belə uğurudur. İlk dəfə o, iki aydan bir qədər əvvəl Çində buna nail olmuşdu. Kimi Antonelli isə komanda yoldaşından cüzi fərqlə geri qalaraq ikinci nəticəni göstərib.
Corc Rassell: “Mayamidə yaşanan çətinliklərdən sonra əlbəttə ki, çox şadam, amma mən özümə heç vaxt şübhə etməmişəm. Nəyə qadir olduğumu bilirəm. Mayami trasının öz xüsusiyyətləri var, ancaq Kanada trası sadəcə möhtəşəmdir və buradakı asfalt çox yaxşı ilişmə təmin edir. Burada həqiqətən də normal Formula 1 bolidi sürdüyünü hiss edirsən və bu belə də olmalıdır.
Bu gün hər şey istədiyimiz kimi alındı, komanda üzərinə düşən işi əla yerinə yetirdi. İndi isə bütün diqqətimizi sabahkı günə hazırlığa yönəldirik. Sprintin startında hamını geridə qoyub uzaqlaşacağımızı demək istəmirəm, lakin ümid edirəm ki, məhz belə olar.
Amma əvvəlki təcrübəmizə baxsaq, bu il buna ya çox nadir hallarda nail olmuşuq, ya da ümumiyyətlə alınmayıb. Digər tərəfdən, McLaren startlarda kifayət qədər güclüdür. Sabah nələrin olacağını görəcəyik, lakin başlanğıc yaxşı alınıb!”




Şərh əlavə et