Xəbəri Kokpitdə Oxuyun!

Kanada GP – Sprint poulunu Rassell qazanıb

2026-cı ildə Kanada mərhələsi ilk dəfə şənbə sprinti formatında keçirilib. Üç dəfə qırmızı bayraqla dayandırılan yeganə sərbəst yürüşdən sonra komandalar sprint üçün sıralanma turuna çıxıblar.

Sərbəst yürüşdə ən yaxşı nəticəni Soft təkərlərlə 1:13.402 zaman göstərən Kimi Antonelli əldə edib. Mercedes bu mərhələyə çoxsaylı yeniliklər gətirib və rəqibləri üzərində üstünlüyünü artırıb, lakin qüvvələr nisbətindəki dəyişiklikləri dəyərləndirmək üçün əsas göstərici məhz sıralanma turu olub.

Alpine komandası Kolapintonun bolidini bərpa etməyə çatıb və onun maşınında batareyanı dəyişib. Williams-da isə vəziyyət daha çətin olub. Sərbəst yürüş zamanı trasdan keçən marmota çırpılan Aleks Albonun maşınındakı zədələr ciddi çıxıb. Komanda bolidi sessiyanın başlanğıcına qədər təmir edə bilməyəcəyini açıqlayıb. Ötürmələr qutusu və güc qurğusu dəyişdirilməli olub. Hidravlik problemlərə görə Louson da trasda görünməyib.

Pirelli bu mərhələyə “yumşaq” təkər üçlüyünü – Hard, Medium və Soft rolunda müvafiq olaraq C3, C4 və C5 tərkiblərini gətirib.

Vəhşi təbiət nümayəndələri sıralanma turunda da özünü göstərib, amma bu dəfə insident yaşanmayıb.

Birinci sessiyada pilotlar qaydalara uyğun olaraq Medium təkərlərlə trasa çıxıblar. Buludsuz hava şəraitində asfaltın temperaturu 42 dərəcəyə qədər yüksəlib. Bu da aşağı asfaltayatma qüvvəsi ayarları və az abraziv asfalt səbəbindən yaranan təkərlərin gec isinməsi problemini müəyyən qədər aradan qaldırıb. Buna baxmayaraq, pilotlar yenə də ardıcıl dövrələr vurublar, çünki təkərlər buna imkan verib. Əsas məsələ sürətli dövrədə səhvə yol verməmək olub.

Sessiyanın bitməsinə iki dəqiqə qalmış qırmızı bayraqlar dalğalanıb. Fernando Alonso trasdan çıxaraq üçüncü döngədə baryerə çırpılıb. Fernando komandadan üzr istəyərək bunun öz səhvi olduğunu, ön təkərləri blokladığını deyib.

Fasilə uzun çəkib. Maşın tez təxliyə olunsa da, zədələnmiş TecPro baryerinin dəyişdirilməsi lazım gəlib. Vaxt sayğacı ənənəvi olaraq dayandırılıb, amma pit-leyn çıxışında yaşıl işıq yananda sessiyanın sonuna cəmi 1 dəqiqə 46 saniyə qalıb və əksər pilotlar sürətli dövrəyə başlamağa belə çatmayıblar.

Protokola 1:13.889 nəticə ilə Həmilton başçılıq edib. Peres, Stroll, Qasli, Bottas, eləcə də trasa çıxa bilməyən Elbon və Louson mübarizəni dayandırıblar.

İkinci sessiyada hamı yenidən Medium təkərlərlə trasa çıxıb. İlk cəhddə ən sürətli nəticəni Corc Rassell göstərib – 1:13.466. İkinci cəhddə Həmilton onu 0.001 saniyə fərqlə qabaqlasa da, Corc da nəticəsini yaxşılaşdıraraq 1:13.026 zamanına imza atıb və demək olar yarım saniyə qazanıb.

Hülkenberq, Bortoleto, Kolapinto, Okon, Berman və Alonso final sessiyasına yüksələ bilməyiblər.

Finalda isə hamı Soft təkərlərə keçib və mənzərə dəyişib. İlk sürətli dövrələrdə əksər bolidlər sürüşsə də, pilotlar dərhal ikinci cəhdə kökləniblər.

Nəticədə protokola 1:13.194 zamanla Rassell başçılıq edib və Antonellini cəmi 0.068 saniyə qabaqlayıb. Beləliklə, Corc Rassell Kanadada sprint sıralama turunun qalibi olub və karyerasında ikinci dəfə şənbə sprintində poul qazanıb.

Sprint yarışında Mercedes pilotları start düzlüyünün ilk cərgəsini tam tutacaqlar. McLaren pilotları ikinci, Ferrari sürücüləri üçüncü, Red Bull pilotları isə dördüncü cərgədən start alacaqlar.

Sprint kvalifikasiyasının nəticələri

Sıra Pilot Komanda SQ1 SQ2 SQ3
1 C.Rassell Mercedes 1:14.772 1:13.026 1:12.965
2 K.Antonelli Mercedes 1:14.010 1:13.551 1:13.033
3 L.Norris McLaren 1:14.265 1:13.957 1:13.280
4 O.Piastri McLaren 1:14.665 1:13.858 1:13.299
5 L.Həmilton Ferrari 1:13.889 1:13.465 1:13.326
6 Ş.Lekler Ferrari 1:15.006 1:13.554 1:13.410
7 M.Ferstappen Red Bull 1:14.028 1:14.412 1:13.504
8 A.Hadjar Red Bull 1:14.541 1:14.239 1:13.605
9 A.Lindblad Racing Bulls 1:14.517 1:14.140 1:13.737
10 K.Sayns Williams 1:15.500 1:14.547 1:14.536
11 N.Hülkenberq Audi 1:15.673 1:14.595
12 G.Bortoleto Audi 1:15.801 1:14.627
13 F.Kolapinto Alpine 1:15.484 1:14.702
14 E.Okon Haas 1:15.760 1:14.928
15 O.Birman Haas 1:15.872 1:15.305
16 F.Alonso Aston Martin 1:15.760
17 S.Peres Cadillac 1:16.002
18 L.Stroll Aston Martin 1:16.354
19 P.Qasli Alpine 1:16.642
20 V.Bottas Cadillac 1:16.866
21 A.Elbon Williams
22 L.Louson Racing Bulls

Rauf Hacıyev

Şərh əlavə et