Xəbəri Kokpitdə Oxuyun!

Kanada – yeganə məşqlərin birincisi Antonellidir

Kanada mərhələsi 2026-cı ildə
ilk dəfə şənbə sprinti formatında keçirilir. İl Notr-Dam adasındakı tras aşağı asfaltayatma qüvvəsi tələb edən sazlanmalar istəyir və bu sazlanmalar mövsümdə ilk dəfə istifadə olunur. Üstəlik, komandaların cəmi bir məşq sessiyası var.

Mercedes və McLaren mərhələyə ciddi yeniliklərlə gəlib. Çünki növbəti yarış Monakoda keçiriləcək və orada böyük yenilikləri sınaqdan keçirmək mümkün olmayacaq. Barselonaya qədər daha bir ay gözləmək isə komandaları qane etmir. Nəticədə tras boş qalmadı – sessiya başlayan kimi pilotlar bokslardan çıxdılar.

Dördüncü dəqiqədə ilk problem yaşandı – Franko Kolapinto sürətli dövrəsinə başlamadan demək olar ki, trasda dayandı və komandaya qaz pedalının işləmədiyini bildirdi. O, pit-leynə qayıda bildi və maşını mexaniklərə təhvil verdi, lakin daha sonra trasa çıxmadı.

Doqquzuncu dəqiqədə isə hidravlika problemi səbəbindən Liam Lousonun maşını dayandı – sükan gücləndiricisi sıradan çıxmışdı. Maşının təxliyəsi üçün əvvəl virtual təhlükəsizlik maşını rejimi elan olundu, daha sonra isə qırmızı bayraqlar göstərildi. Pilotlar seriyalarını yarımçıq saxlayaraq bokslara döndülər və sessiya itirilən dörd dəqiqə qədər uzadıldı.

İkinci qırmızı bayraq Aleks Elbonun yeddinci döngədəki qəzasından sonra göstərildi. Aleks təsadüfən trası keçməyə çalışan bir marmotu vurdu və maşına nəzarəti itirdi. Zərbə kifayət qədər güclü oldu və təhlükəli yüklənmə sensoru işə düşdü. Pilot tibbi yoxlama üçün tibbi mərkəzə aparıldı, lakin hər şey qaydasındadır. Trasda çox sayda qırıntı olduğundan fasilə uzandı və sessiya bu dəfə 15 dəqiqə artırıldı.

Məşqin sonuna yaxın pilotlar Soft təkərlərə keçdilər və sürətlər yüksəldi. Mercedes yenilənmiş maşının potensialını nümayiş etdirdi. Əvvəl Corc Rassell hamıya yarım saniyə fərq atdı, daha sonra isə Kimi Antonelli Rasselli daha yarım saniyə qabaqlayaraq 1:13.402 nəticə göstərdi. Ancaq növbəti dövrədə Corc fərqi bir qədər azaltdı.

Sessiyanın gedişində sarı bayraqlar bir neçə dəfə yenidən göstərildi. Belə ki, Rassell spin yerindən fırlanaraq trasdan çıxıb. Bitimə altı dəqiqə qalmış isə sessiya yenidən dayandırıldı. Esteban Okon dördüncü döngədən çıxışda yerində fırlanaraq maşının ön hissəsini dağıtdı və trası qırıntılarla doldurdu. Esteban bokslara qədər qayıda bildi, digər pilotlar isə bokslara yönləndirildi və sessiya elə bu şəkildə başa çatdı.

Məşqin nəticələri

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 K.Antonelli Mercedes 1:13.402 31
2 C.Rassell Mercedes 1:13.544 +0.142 33
3 L.Həmilton Ferrari 1:14.176 +0.774 34
4 Ş.Lekler Ferrari 1:14.355 +0.953 34
5 M.Ferstappen Red Bull 1:14.366 +0.964 29
6 L.Norris McLaren 1:14.799 +1.397 30
7 O.Piastri McLaren 1:14.963 +1.561 30
8 A.Lindblad Racing Bulls 1:15.452 +2.050 31
9 N.Hülkenberq Audi 1:15.698 +2.296 26
10 F.Alonso Aston Martin 1:15.863 +2.461 29
11 G.Bortoleto Audi 1:16.214 +2.812 31
12 A.Hadjar Red Bull 1:16.253 +2.851 27
13 E.Okon Haas 1:16.497 +3.095 30
14 A.Elbon Williams 1:16.642 +3.240 15
15 K.Sayns Williams 1:16.660 +3.258 34
16 P.Qasli Alpine 1:16.809 +3.407 27
17 L.Stroll Aston Martin 1:16.978 +3.576 28
18 L.Louson Racing Bulls 1:17.431 +4.029 5
19 O.Birman Haas 1:17.770 +4.368 24
20 V.Bottas Cadillac 1:17.868 +4.466 26
21 S.Peres Cadillac 1:17.926 +4.524 26
22 F.Kolapinto Alpine 1

Rauf Hacıyev

Şərh əlavə et