Kokpit.az xatırladır ki, britaniyalı sürücü sonuncu Mayami Qran Prisində yaxşı çıxış edib. Belə ki, o, sprintdə qalib gəlib. Yarışda isə ikinci yeri tutaraq, mövsümdəki ilk podiumunu əldə edib.
Lando Norris: “Mayamidə yeniliklər gözlədiyimiz kimi işlədi, amma həmin tras bizə Kanada trasından daha çox uyğun gəlirdi. Buna görə də bu dəfə hər şeyin necə alınacağını bilmirəm. Ümid edirəm ki, yaxşı olacaq. Burada Mercedes-in hansı formada olacağını və bizim nə qədər geridə qaldığımızı anlamaq maraqlı olacaq.
Bir neçə kiçik yenilik gətirmişik, onlar demək olar ki, ciddi dəyişiklik etməyəcək, amma növbəti addımı atmağımız vacibdir. Bu da seçdiyimiz istiqamətin düzgün olduğunu təsdiqləyir. Bizi yüzdə bir saniyə də olsa sürətləndirəcək hər şey əladır. Komanda yaxşı iş görüb və əldə olunanlarla kifayətlənməmək vacibdir.
Mayamidə həftəsonunu yaxşı keçirdik, lakin burada hər şey tamamilə fərqlidir. Kanadada qüvvələr nisbətini proqnozlaşdırmaq həmişə çətin olur. Biz hər sessiyada maksimum nəticəyə köklənmişik. Sprintli həftəsonu həmişə çətin keçir, ancaq çətinliklər bizə yad deyil”.




Şərh əlavə et