Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso elektrik mühərriklərini tənqid edib

Fernando Alonso 2014-cü ildə Formula 1-də başlayan hibrid eraya kifayət qədər qaranlıq qiymət verib.

Aston Martin komandasının sürücüsü hesab etmir ki, reqlamentə edilən son dəyişikliklər və daxiliyanma mühərriyi ilə elektrik mühərriyinin güc bölgüsünün 50/50 nisbətindən 60/40-a keçirilməsi yarışların xarakterinə köklü təsir göstərəcək.

Fernando Alonso: “Sadəcə güc qurğularının yeni dövrünü gözləmək qalır. Müasir güc qurğusunun özəlliyi ondadır ki, o, həmişə döngələri daha yavaş keçməyi təşviq edir. Buna görə də bunun düzgün istiqamətdə atılmış addım olduğunu düşünmürəm.

FIA həmişə kənardan gələn fikirlərə qulaq asır. Bir vaxtlar elektrifikasiya ilə bağlı böyük bir axın var idi. Hesab olunurdu ki, gələcək elektromühərriklərindir, amma onlar yarışlar üçün uyğun deyil. Yarış tamamilə başqa hekayədir.

İndi biz 60/40 nisbətinə qayıdırıq və gələcəkdə elektrik mühərriyinin payı daha da azalacaq. Ancaq təəssüf ki, 2014-cü ildə turbo mühərriklər erasının başlanğıcından bəri biz təmiz yarışların az qala bir onilliyini, hətta daha çoxunu itirdik”.

Rauf Hacıyev

Şərh əlavə et