Kokpit.az bildirir ki, monakolu sürücü ötən yarışda cərimə alaraq mövqelər itirsə də, bu həftəsonu hər şeyin problemsiz keçəcəyi halda irəliləyişə ümid etdiyini bildirib.
Şarl Lekler deyib ki, qüvvələr nisbəti dəyişib və McLaren ilə Red Bull Racing tədricən fərqi azaltsalar da, Mercedes hələ də lider olaraq qalır: “Onlarla mübarizə aparmaq üçün hər şeyi ideal etməliyik. Yalnız bu halda McLaren və Red Bull-u qabaqlayıb Mercedes-ə qarşı mübarizə apara bilərik. Amma bunu etmək çox çətindir. Görünür, çox gərgin mübarizə olacaq”.
28 yaşlı sürücü komandanın yeniliklər üzərində intensiv işlədiyini də vurğulayıb: “Komanda daim yeni detallər hazırlayır. Bazada yeni hissələr üzərində işlədiyimiz hər həftə bizə ciddi irəliləyiş qazandırır, özü də əvvəlki illərlə müqayisədə daha çox. “Yeniliklər yarışında” lider olmaq son dərəcə vacibdir, çünki bu, fərqi azaltmağa kömək edəcək”.




Şərh əlavə et