Baxmayaraq ki, Serxio Peres şəhər tipli traslarda çox inamlıdır və burada baş tutan son yarışda da qalib gəlib, bukmeykerlər Maks Ferstappenin qalib gələcəyinə daha çox əmindirlər. Lakin Emiliya Romanya Qran Prisi ilə müqayisədə, meksikalı sürücünün qələbəsinə verilən əmsal azalıb. Üçüncü pillədə isə sürpriz şəkildə Şarl Lekler var ki, çox güman idarənin əməkdaşları monakolu sürücünün sıralanma turu performansını nəzərə alıblar – axı dar Monte Karlo küçələrində ötmələr demək olar ki, mümkünsüzdür…
Maks Ferstappen – 1.61
Serxio Peres – 4.00
Şarl Lekler – 8.50
Fernando Alonso – 10.00
Serxio Peres – 26.00
Lyuis Həmilton, Corc Rassell – 29.00
Sürücülər çempionatı üçün qoyulan əmsallar isə keçənilkindən fərqlənmir – Maksın ardıcıl üçüncü titulunu qazanacağına şübhə azdır. Onun ən ciddi rəqibi komanda yoldaşı hesab edilir, digər sürücülərə verilən əmsallar isə kifayət qədər böyükdür və formal xarakter daşıyır deyə bilərik…
Maks Ferstappen – 1.11
Serxio Peres – 7.50
Fernando Alonso, Lyuis Həmilton – 51.00
Şarl Lekler – 101.00
Corc Rassell, Karlos Sayns – 251.00
Mühəndislər Kubokunda məsələ artıq demək olar ki, həll olunub və kiminsə buraya pul yatıracağı inandırıcı görünmür. Çünki çempionluğun tək namizədi olan Red Bull-a verilən əmsal 1.01-dir və ,ox güman ki, bu gedişlə bir neçə yarışdan sonra Mühəndislər Kubokunun qalibi mərc mövzusu olmayacaq…
Red Bull – 1.01
Mercedes, Aston Martin – 51.00
Ferrari – 101.00
Alpine – 2001.00
McLaren – 2501.00
Alfa Romeo, AlphaTauri, Haas, Williams – 3001.00
Şərh əlavə et