2027-ci illə bağlı ilkin razılıq əldə olunub

2027-ci illə bağlı ilkin razılıq əldə olunub
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 komandaları və Dünya Çempionatının təşkilatçıları qüvvədə olan reqlamentlə bağlı problemləri mümkün qədər tez həll etməyə çalışırlar. Bu səbəbdən artıq 2027-ci ildən etibarən güc qurğularının konstruksiyasında müəyyən dəyişikliklərin edilməsinə dair prinsipial razılıq əldə olunub.

Dəyişikliklərin əsas mahiyyəti daxiliyanma mühərriyi ilə elektrik sistemləri arasındakı 50/50 güc bölgüsündən imtina edilməsidir. Yeni plan üzrə bu nisbət 60/40-a yaxın olacaq. Məqsəd pilotların bolidləri daha ənənəvi üslubda idarə etməsi, maksimum sürətlə sürməsi və batareya enerjisinə qənaət barədə daha az düşünməsidir.

Bu mövzu FIA səviyyəsində keçirilən onlayn iclasın əsas müzakirə mövzusu olub. İclasda bütün komandaların rəhbərləri, FOM nümayəndələri və güc qurğusu istehsalçıları iştirak ediblər.

İlk olaraq Mayami Qran Prisinə qədər qəbul edilən dəyişikliklərin təsiri analiz olunub, daha sonra isə reqlamentə əlavə düzəlişlər müzakirə edilib.

Tərəflər 2028-ci ili gözləməmək və mümkün addımları artıq indi atmaq qərarına gəliblər. Halbuki 2027-ci ilə çox vaxt qalmayıb və mühərrik konstruksiyasında ediləcək dəyişikliklər ciddi texniki iş tələb edir. Bundan əlavə, daha böyük yanacaq çənləri üçün şassinin də yenidən hazırlanması lazım gələcək.

İclasdan sonra FIA-nın yaydığı bəyanatda bildirilib ki, dəyişikliklərin məqsədi daxiliyanma mühərriyinin gücünü yanacaq sərfiyyatının artırılması hesabına 50 kVt yüksəltməkdir. Eyni zamanda elektrik hissəsinin gücü 350 kVt-dan 300 kVt-a endiriləcək.

Bəyanatda qeyd olunub: “Bu dəyişikliklərin yekun qərardan əvvəl komandaların və mühərrik istehsalçılarının texniki qrupları səviyyəsində daha detallı şəkildə müzakirə olunmasına ehtiyac olduğu barədə razılıq əldə olunub”.

FIA əlavə edib ki, son dəyişikliklərin təsiri ilə bağlı təhlillər davam edir və mövsümün növbəti mərhələlərində əlavə tədbirlər də tətbiq oluna bilər.

Söhbət start prosedurlarının təhlükəsizliyinin artırılması və yağışlı hava şəraitində təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən gedir. Hətta Kanada Qran Prisinə qədər işıq siqnalı sistemlərinin təkmilləşdirilməsi ilə bağlı qərarın qəbul olunacağı da istisna edilmir.

Reqlamentdəki bütün dəyişikliklər yekun olaraq Dünya Avtoidman Şurasının rəsmi təsdiqini almalıdır.

Bunları da oxuyun

Şərh əlavə et