Bu barədə məlumat Formula 4 CEZ Championship gənclər seriyasının sosial şəbəkə səhifələrində paylaşılıb: “Ella Həkkinen 2026-cı ildə bizim seriyada çıxış edəcək! Tanış addır və biz Formula 1 üzrə ikiqat Dünya Çempionunun qızını salamlamağa çox şadıq”.
Keçən ilin payızında Ella McLaren-in gənclər proqramına qəbul olunub və məşhur britaniya komandası onu karyerasının yeni mərhələsinin başlanması münasibətilə ilk təbrik edənlərdən olub. Gənc sürücü artıq Avstriyadakı Red Bull Ring trasında debütə hazırlaşır. F4 CEZ-in ilk mərhələsi 10-12 aprel tarixlərində keçiriləcək. Ümumilikdə bu seriyada altı mərhələ olacaq və hər mərhələdə üç yarış baş tutacaq.
Kartinqdə çıxış edən Ella Hakkinen artıq beynəlxalq səviyyədə ilk uğurlarını qazanıb və yarışlarda Çexiya lisenziyası ilə iştirak edir.




Şərh əlavə et