Xəbəri Kokpitdə Oxuyun!

MotoGP ABŞ – Bezzekkidən ardıcıl üçüncü qələbə!

MotoGP üzrə Amerika Qran Prisində qələbəni Marko Bezzekki qazanıb. Onun komanda yoldaşı Xorxe MArtin isə ikinci yeri tutub. 

COTA-da işıqların sönməsi ilə Pedro Akosta güclü start alaraq liderliyə yüksəlib. Xorxe Martin də startın qazananlarından biri olub və dörd pillə irəliləyib.

İlk dövrədən sonra Bezzekki ilə Akosta arasında liderlik uğrunda təmas yaşanıb. Hər iki sürücü yarışa davam etsə də, Bəzzekki liderliyi ələ keçirib. 2-ci dövrədə isə Yohan Zarko qəza edərək yarışdan kənarda qalıb.

Marko Bezzekki ardıcıl 104 dövrə lider gedərək rekord qırıb və Xorxe Lorensonun 103 dövrəlik rekordunu geridə qoyub.

6-cı dövrədə Xoan Mir qəzaya uğrayaraq yarışı tərk edib.

Yarışın ortasında Bezzekki, Akostanın təxminən 1 saniyə önündə liderliyini qoruyub. Bu anda Toprak Razqatlıoğlu 17-ci yerdə gedirdi.

Startdan etibarən 6 mövqe qazanan Ai Oqura yüksəlişini davam etdirib. Ardınca Xorxe Martin, Pedro Akostanı keçərək ikinci yerə yüksəlib.

Bir neçə dövrədən sonra Oqura texniki problem yaşayaraq son sıraya geriləyib.

Son dövrələrdə 5-ci yer uğrunda gərgin mübarizə gedərkən Toprak Razqatlıoğlu Fabio Kuartararonu keçərək, 15-ci yerə yüksəlib və xal zonasına daxil olub.

20 dövrəlik yarışın nəticəsi:

  • 🥇 Marko Bezzekki
  • 🥈 Xorxe Martin
  • 🥉 Pedro Akosta

Digər nəticələr:

  • 4️⃣ Fabio Di Cianantonio
  • 5️⃣ Mark Markes
  • 6️⃣ Enea Bastianini

İlk 10-u tamamlayan digər sürücülər:

  • Aleks Markes
  • Raul Fernandes
  • Françesko Banyaya
  • Luka Marini

Beləliklə, Toprak Razqatlıoğlu yarışı 15-ci sırada bitirərək MotoGP karyerasının ilk xalını qazanıb

Rauf Hacıyev

Şərh əlavə et