Sürücülərin trasa çıxması ilə sessiya başlayıb. İlk dövrələrdə hadisələr ard-arda gəlib: Fabio Di Cianantonio 11-ci döngədə, Xorxe Martin isə 12-ci döngədə qəzaya uğrayıb. Bir dövrə sonra Enea Bastyanini də motosikletindən yıxılıb. Qısa müddətli sarı bayraqlardan sonra sessiya davam edib.
Bu vaxt Pedro Akosta 2:02.310 nəticə ilə liderliyə yüksəlib, lakin dərhal ardından Françesko Banyaya 2:02.191 ilə onu keçib. Akosta fərqi bağlamağa çalışarkən 18-ci döngədə trasdan çıxaraq çınqıllığa düşüb. Bir neçə saniyədən sonra eyni yerdə Ai Oqura da qəza edib.
Sessiyanın ilk hissəsi sarı bayraqlar səbəbindən kifayət qədər qarışıq keçib. 15-ci dəqiqəyə qədər sürətli dövrə vura bilməyən Mark Markes ilk ciddi cəhdində 2:02.558 nəticə ilə 6-cı sıraya yüksəlib.
Sonradan trasa çıxan Toprak Razqatlıoğlu da sürətli dövrə zamanı 11-ci döngədə idarəetməni itirərək yıxılıb. Buna baxmayaraq tez toparlanaraq sessiyaya qayıdıb və 18-ci yerə yerləşib. Daha sonra nəticəsini yaxşılaşdıraraq 15-ci yerə qədər yüksəlib.
Sessiyanın ikinci yarısında Ai Oqura yeni Medium təkərlərlə 2:02.073 nəticə göstərərək liderliyə çıxıb. Aleks Markes də ilk döngədə qəza etsə də, yenidən trasa qayıdıb. Ardınca Mark Markes 2:02.066 nəticə ilə liderliyi ələ alıb.
Françesko Banyaya 2:02.291 ilə ilk iki sıranı təhdid etsə də, dəyişiklik olmayıb. Daha sonra Fabio Di Cianantonio 2:01.980 ilə liderliyə yüksəlib.
Sessiyanın son bölümündə Marko Bezzekki tempi artıraraq, 2:01.367 nəticə ilə birinci yerə çıxıb. Onu cəmi 0.002 saniyə geridən Pedro Akosta izləyib. Bu hissədə Toprak 13-cü yerə qədər yüksələ bilib.
Son 10 dəqiqədə Mark Markes 2:01.267 ilə yenidən liderliyi alıb. Qısa pit-stopdan sonra geri dönən Markes son dövrəsində 2:00.927 nəticə göstərərək zirvəni təmin edib.
Sessiyanın yekun nəticələri:
- Mark Markes
- Ai Oqura (+0.053)
- Fabio Di Cianantonio




Şərh əlavə et