Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Braziliya – ikinci məşqlərdə Oqura liderdir

MotoGP üzrə Braziliya Qran Prisinin 2-ci sərbəst yürüş sessiyasının qalibi Ai Oqura olub. Mark Markes cüzi fərqlə ikinci, Xorxe Martin isə üçüncü yeri tutub. 

Dünən keçirilən məşqdə yaş tras səbəbilə çətin şərait yaradan Qoyaniya trası bu gün tamamilə quruyub. Küləyin gücü də daha az olub. Sessiyadan əvvəl hava temperaturu 27°C, tras temperaturu isə 38°C olaraq ölçülüb.

Sessiyanın əvvəlində Mark Markes ikinci sürətli dövrəsində 1:18.911 nəticə ilə liderliyi ələ alıb. Aleks Markes 4-cü döngədə motosikletin ön təkərinə nəzarəti itirərək çınqıl sahəsinə çıxıb. Fabio Di Cianantonio 1:18.888 nəticə ilə cüzi fərqlə liderliyi Mark Markesdən alıb.

Ardınca Luka Marini də ilk döngədə nəzarəti itirərək yıxılıb və sessiyaya qayıtmaq üçün təhlükəsizlik işçiləri ilə birlikdə boksa yönəlib. Yarışdan kənarda qalan sürücülər quru tras şəraitində vaxt itirdikləri üçün məyus olublar. Daha sonra əksər sürücülər motosikletin sazlamalarını dəyişmək üçün pitə daxil olublar. Bu vaxt Ai Oqura ikinci yerə yüksəlib.

Sessiyanın ortalarında Mark Markes 1:18.663 nəticə ilə liderliyi geri alıb. Marini və Aleks Markes yenidən sessiyaya qoşulublar. Xorxe Martin isə 1:18.523 nəticə ilə liderliyə yüksəlib.

Bu zaman debütant Toprak tamamladığı dövrədə 1:18.959 nəticə göstərərək 8-ci yerə yüksəlib. Lakin bu performansdan dərhal sonra 4-cü döngədə nəzarəti itirərək yıxılıb. Ardınca Marko Bezzekki də eyni döngədə oxşar hadisə yaşayıb.

Sessiyanın son hissəsində Françesko Banyaya 1:18.518 nəticə ilə liderliyə yüksəlib. Daha sonra 4-cü döngədə yıxılan digər sürücü Franko Morbidelli olub. Mark Markes 1:18.248 nəticə ilə yenidən liderliyi ələ alsa da, Ai Oqura 0.011 saniyə fərqlə birinci yerə yüksəlib. Sessiyanın sonlarında yenidən trasa çıxan Toprak Razqatlıoğlu 1:18.950 nəticə ilə 13-cü sırada qərarlaşıb.

Quru tras şəraitində baş tutan gərgin sessiyanın sonunda Ai Oqura lider olub. Onun ardınca Mark Markes ikinci, Xorxe Martin isə üçüncü yeri tutub.

Sıra Sürücü # Motosiklet Dövrə Zaman Fərq
1 A. Ogura 79 Aprilia 16 1:18.237
2 M. Márquez 93 Ducati 17 1:18.248 +0.011
3 J. Martin 89 Aprilia 17 1:18.405 +0.168
4 F. Bagnaia 63 Ducati 16 1:18.518 +0.281
5 P. Acosta 37 KTM 15 1:18.616 +0.379
6 J. Mir 36 Honda 16 1:18.771 +0.534
7 M. Viñales 12 KTM 16 1:18.792 +0.555
8 F. Morbidelli 21 Ducati 12 1:18.834 +0.597
9 F. Di Giannantonio 49 Ducati 14 1:18.852 +0.615
10 M. Bezzecchi 72 Aprilia 13 1:18.864 +0.627
11 A. Rins 42 Yamaha 13 1:18.921 +0.684
12 F. Quartararo 20 Yamaha 16 1:18.929 +0.692
13 T. Razgatlıoğlu 7 Yamaha 11 1:18.950 +0.713
14 D. Moreira 11 Honda 15 1:19.075 +0.838
15 A. Márquez 73 Ducati 12 1:19.076 +0.839
16 E. Bastianini 23 KTM 16 1:19.109 +0.872
17 L. Marini 10 Honda 10 1:19.129 +0.892
18 R. Fernandez 25 Aprilia 14 1:19.139 +0.902
19 J. Miller 43 Yamaha 15 1:19.212 +0.975
20 J. Zarco 5 Honda 18 1:19.233 +0.996
21 B. Binder 33 KTM 19 1:19.381 +1.144
22 F. Aldeguer 54 Ducati 13 1:19.493 +1.256

Rauf Hacıyev

Şərh əlavə et