Xəbəri Kokpitdə Oxuyun!

Braziliyada əsas sərbəst yürüşləri Zarko zirvədə qabadıb

MotoGP üzrə Braziliya Qran Prisinin əsas məşq sessiyasında zirvəyə yüksələn sürücü Yohan Zarko olub. Türkiyəni təmsil edən Toprak Razqatlıoğlu isə üçüncü sıraya yerləşib.

Yağışlı başlayan sessiyada sürücülər trasa çıxdıqları andan etibarən sürətli dövrə cəhdlərinə başlayıblar.

İlk dəqiqələrdə Bred Binder 4-cü döngədə qəzaya uğrayıb. Bu zaman Mark Markes 1:24.804 nəticə ilə ilk sıraya yüksəlib.

Bir neçə dəqiqədən sonra Toprakın komanda yoldaşı Cek Miller də qəza edib. 10 dəqiqə geridə qalarkən Yoahan Zarko 1:21.257 nəticə ilə liderliyi ələ alıb, Toprak isə ondan 0.579 saniyə geri qalaraq dördüncü sırada yer alıb. Bu dəfə isə 4-cü döngədə Dioqo Moreyra da qəzaya uğrayıb.

Sessiyanın ortalarına yaxın yağış daha da güclənməyə başlayıb. Lakin yağışın güclənməsi Toprak Razqatlıoğlunun daha da sürətlənməsinə səbəb olub. Toprak 1:21.563 nəticə ilə üçüncü yerə yüksəlib.

Hava şəraiti daha da pisləşdikcə sürücülər boksa qayıdıblar.

Son 10 dəqiqəyə qalmış sürücülər yenidən trasa çıxıblar, lakin heç kim nəticəsini yaxşılaşdıra bilməyib.

1 saatlıq sessiyanı Yohan Zarlo lider tamamlayıb. Mark Markes ikinci olub,  Toprak Razqatlıoğlu isə üçüncü sırada qərarlaşıb.

Xorxe Martin dördüncü, Pedro Akosta beşinci, Aleks Markes isə altıncı yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et