Buriramda keçirilən 2026-cl il mövsümünün ilk yarışı günəşli hava şəraitində start götürüb.
Bazar gününə poul mövqeyindən başlayan Marko Bezzekki ilk döngəni Mark Markesin önündə lider keçməyi bacarıb.
Yarışa 9-cu pillədən başlayan Franko Morbidelli startın uduzanı olub və 10 yer itirərək geriləyib.
İlk dövrədən sonra Raul Fernandes Mark Markesi geridə qoyaraq podiumun ikinci pilləsinə yüksəlib. Bu ötmədən sonra Xorxe Martin də Markesə təzyiq göstərməyə başlayıb.
4-cü dövrədə Toprak Maverik Vinyalesi keçərək, 20-ci pilləyə qalxıb. Martin də Mark Markesi ötərək üçüncülüyə yüksəlib. Markes mövqe itirməyə davam edib və dövrə tamamlanmamış Pedro Akosta tərəfindən də keçilib. Beləliklə, son dünya çempionu beşinciliyə geriləyib.
Yarışın orta hissəsində Xorxe Martin və Pedro Akosta arasında podiumun son pilləsi uğrunda təkər-təkərə mübarizə yaşanıb. Mark Markes bu mübarizədən istifadə edərək beşincilikdən yenidən üçüncülüyə yüksəlib. Akosta isə Martinın önündə qalmağı bacarıb.
Lakin Markesin öndəki mövqeyi uzun çəkməyib və o, yenidən Akosta tərəfindən keçilib. Bu vaxt Fernandesdən 2 saniyə öndə olan Bezzekki rahat şəkildə liderliyini qoruyub.
Yarışın bitməsinə 5 dövrə qalmış Mark Markesin arxa təkəri partlayıb. Hadisə trasda sarı bayraqlara səbəb olub. Qısa müddət sonra Markesin bəxtsizliyini qardaşı Aleks Markes də yaşayıb və Aleks qəza edib. Bir dövrə sonra Xoan Mir də təkər problemi səbəbilə yarışı dayandırıb.
Damallı bayraq dalğalandıqdan sonra mövsümün ilk yarışının qalibi Marko Bezzekki olub. Pedro Akosta ikinci yeri tutub, podiumun son pilləsinə isə Raul Fernandes yüksəlib. İlk beşliyi Xorxe Martin və Ai Oqura tamamlayıb.
Debütant Toprak Razqatlıoğlu 21-ci pillədən başladığı yarışı 17-ci yerdə yekunlaşdırıb.
| Sıra | Sürücü | Fərq | Zaman | Puan |
| 1 | M. Bezzecchi | — | 39’36.270 | 25 |
| 2 | P. Acosta | +5.543 | 39’41.813 | 20 |
| 3 | R. Fernandez | +9.259 | 39’45.529 | 16 |
| 4 | J. Martin | +12.182 | 39’48.452 | 13 |
| 5 | A. Ogura | +12.411 | 39’48.681 | 11 |
| 6 | F. Di Giannantonio | +16.845 | 39’53.115 | 10 |
| 7 | B. Binder | +17.363 | 39’53.633 | 9 |
| 8 | F. Morbidelli | +18.227 | 39’54.497 | 8 |
| 9 | F. Bagnaia | +18.340 | 39’54.610 | 7 |
| 10 | L. Marini | +19.101 | 39’55.371 | 6 |
| 11 | J. Zarco | +19.903 | 39’56.173 | 5 |
| 12 | E. Bastianini | +23.386 | 39’59.656 | 4 |
| 13 | D. Moreira | +24.686 | 40’00.956 | 3 |
| 14 | F. Quartararo | +30.823 | 40’07.093 | 2 |
| 15 | A. Rins | +32.955 | 40’09.225 | 1 |
| 16 | M. Viñales | +36.545 | 40’12.815 | — |
| 17 | T. Razgatlıoğlu | +39.194 | 40’15.464 | — |
| 18 | J. Miller | +47.848 | 40’24.118 | — |
| 19 | M. Pirro | +1’03.598 | 40’39.868 | — |
| DNF | J. Mir | +3 Tur | 36’04.638 | — |
| DNF | A. Marquez | +5 Tur | 32’38.163 | — |
| DNF | M. Marquez | +6 Tur | 31’11.314 | — |




Şərh əlavə et