Xəbəri Kokpitdə Oxuyun!

Prema Garifasla anlaşıb

Prema Racing komandası 2026-cı ildə Formula 3 çempionatında onun pilotlarından birinin Xose Garifas olacağını elan edib. Beləliklə, Prema-da son vakant yer də doldurulub və 21 yaşlı meksikalı pilot Luis Şarp və Ceyms Uortonun komanda yoldaşı olacaq.

Garifas bu komandanın avtomobilini ilk dəfə Barselonada keçiriləcək mövsümöncəsi testlərdə idarə edəcək. Avropa trasları ona yaxşı tanışdır, çünki o, artıq beş ildir müxtəlif gənclər seriyalarında – Britaniyanın GB3 çempionatından tutmuş Euroformula Open-ə qədər – çıxış edir.

Ötən il Garifas Formula 3-də də debüt edib, lakin cəmi bir yarışda iştirak edib. O, mövsümün İspaniya mərhələsində AIX Racing komandasının heyətində zədəli Ceyms Hedlini əvəzləyib.

Xose Garifas: “Yeni çağırışı qəbul etməyə hazıram və Formula 3-də Prema komandası ilə çıxış edəcəyəm. Bu, düzgün istiqamətdə atılmış addımdır, çünki son bir neçə il ərzində F3-ə yüksəlmək üçün çalışmışam və Prema ilə müqavilə mənim üçün çox böyük əhəmiyyət daşıyır.

Bunu mümkün edən hər kəsə minnətdaram və daha yüksək səviyyədə özümü sınamaq şansı verdiyinə görə Prema-ya təşəkkür edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et