Xəbəri Kokpitdə Oxuyun!

Delinyi VAR ilə F3-də yarışacaq

Formula 3-də çıxış edən Van Amersfoort Racing komandası 2026-cı il mövsümü üçün Enzo Delinyi ilə müqavilə imzaladığını açıqlayıb.

17 yaşlı fransız pilot komandada hələ sentyabr ayında müqaviləsi elan edilmiş meksikalı Xessi Karraskedonu əvəzləyib. Delinyinin komanda yoldaşları daha əvvəl təsdiqlənmiş Hiyu Yamakosi və Bruno del Pino olacaq.

Enzo 2025-ci ildə Avropa Formula Regional by Alpine çempionatında çıxış edib və mövsümün yekununda üçüncü yeri tutub. Bundan əlavə, Delinyinin aktivində Makao Qran Prisində də üçüncü yer var.

Enzo Delinyi: “2026-cı il mövsümündə Van Amersfoort Racing-ə qoşulduğum üçün çox şadam. Formula 3 karyeramda can atdığım növbəti mərhələdir və bu fürsətdən məhz Van Amersfoort Racing ilə birlikdə yararlanmaqdan məmnunam. Komanda ilə işə başlamağı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, mövsüm ərzində birlikdə yüksək nəticələr uğrunda mübarizə aparacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et