Xəbəri Kokpitdə Oxuyun!

Ducati retro tərzə qayıdıb

Ducati mövcud texniki reqlamentlərin son ilində çempionluq seriyasını davam etdirməyi hədəfləyərir. İtalyanlar 2026-cı il MotoGP motosikletini təqdim ediblər.

Fabrika sürücüləri Marc MarquezFrancesco Banyaya, Desmosedici GP modelinin ən son versiyasını Ducati-nin son illərdə bütün təqdimatlarını təşkil edən İtaliyanın Madonna di Kampiliyo xizək mərkəzində ictimaiyyətə göstərib.

Borqo Paniqale mərkəzli istehsalçı, şirkətin 100 illik yubileyini qeyd etmək məqsədilə ağ zolaqların yer aldığı retro üslublu rəng çalarını tanıdıb. Bu dizayn detalı Ducati-nin illər ərzində bir çox yol motosikletində də istifadə olunub.

Ducati daha əvvəl MotoGP-də ağ rəngi əsas rəng kimi seçmiş, lakin 2019-cu il mövsümündən etibarən tam qırmızı dizayna keçmişdi.

İtalyan istehsalçının 2025-ci ildəki son dərəcə dominant çıxışından sonra 2026-cı il mövsümündə də MotoGP-nin istinad nöqtəsi olaraq qalacağı gözlənilir. Ducati 2025-ci il mövsümündə 22 yarışın 17-də qalib gəlib və 19 sprint qələbəsi əldə edib.

Mühərrik inkişafının dondurulması2027-ci ildə qüvvəyə minəcək genişmiqyaslı texniki qayda dəyişiklikləri səbəbindən, istehsalçıların 2026-cı il motosikletləri üzərindəki inkişaf işlərini mövsümün erkən mərhələsində yavaşlatması gözlənilir.

Markes və Banyaya Ducati komandasında bir daha xəyalların heyətini formalaşdırıblar. İki sürücü birlikdə doqquzu MotoGP-də  olmaqla, ümumilikdə 12 dünya çempionluğunu öz aralarında bölüşdürüblər.

Rauf Hacıyev

Şərh əlavə et