Xəbəri Kokpitdə Oxuyun!

Alp Aksoy Çempion olub

Alp Aksoy möhtəşəm uğura imza ataraq, 2025 Formula Trophy BƏƏ seriyasını çempion kimi başa vurub.

Türkiyəli sürücü Birləşmiş Ərəb Əmirliklərində keçirilən və 7 yarışdan ibarət olan çempionatı ümumi qalib kimi tamamlayıb.
Prema Racing komandası ilə yarışan Alp, 3-ü qələbə olmaqla ümumilikdə 5 dəfə podiuma yüksəlib və həm debütantlar arasında, həm də ümumi təsnifatda çempionluq qazanıb.

Kokpit.az komandası olaraq, Türkiyəni təmsil edən Alp Aksoyu Formula karyerasına bu qədər güclü başlanğıc verdiyi üçün təbrik edirik!

Rauf Hacıyev

Şərh əlavə et