İspan mediası komandaların artıq Barselona avtodromunda çəkiliş günləri üçün rezervasiya etdiyini üzə çıxarıb. Birinci olaraq 9 yanvarda baza komandası Audi trasa çıxacaq. Alpine isə öz çəkiliş gününü iki gün sonra – 11 yanvarda keçirəcək.
Həmin günlərdə avtodrom ərazisində ciddi təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Komandalar hətta testlərə öz mühafizəçilərini gətirməyi planlaşdırıb ki, kənar şəxslərin içəri girməsinin və bolidlərin görüntülənməsinin qarşısı alınsın.
İlk genişmiqyaslı testlər 26–30 yanvar tarixlərində reallaşacaq, lakin onlar da qapalı rejimdə keçiriləcək. Azarkeşlər üçün açıq testlər isə yalnız 11 fevralda Bəhreyndə başlayacaq.




Şərh əlavə et