Xəbəri Kokpitdə Oxuyun!

Williams Liya Blok ilə yollarını ayırıb

Williams komandası ikiillik əməkdaşlığın ardından F1 Academy pilotu Liya Blokla yollarını ayırıb.

Britaniya komandası rəsmi açıqlamasında bildirib ki, Liya Blok 2025-ci ilin sonunda Williams-ın qadınlar üzrə yarış akademiyasını tərk edəcək və ralliyə qayıdacaq: “Williams Yarış Akademiyasının üzvü kimi iki ildən sonra təsdiq edə bilərik ki, Liya Blok 2025-ci ilin sonunda komandadan ayrılacaq və ralliyə qayıdacaq. Onunla işləməkdən zövq aldıq və karyerasının yeni fəslində ona uğurlar arzulayırıq.

Komanda F1 Academy layihəsinə sadiq qalır və 2026-cı il mövsümü üçün bu seriyada iştirak edəcək yeni pilotumuzu yaxın zamanda təqdim edəcəyik”.

Qeyd edək ki, Liya Blok amerikalı ralli sürücüsü Ken Blokun qızıdır. O, F1 Academy-də iki mövsüm çıxış edib və 2025-ci ilin Sinqapur mərhələsində qazandığı qələbə onun ən yaxşı nəticəsi olub.

Rauf Hacıyev

Şərh əlavə et