Xəbəri Kokpitdə Oxuyun!

Mövsümün son sprintini Aleks Markes qazanıb

MotoGP üzrə Valensiya Qran Prisinin sprint yarışının qalibi Aleks Markes olub.

Valensiyada sprint yarışı start götürən kimi pouldan başlayan Marko Bezzekki üstünlüyünü qoruya bilməyib və əla start alan Aleks Markes onu keçərək liderliyə yüksəlib.

Bezzekkinin geriləməsi bununla bitməyib: əvvəl Pedro Akosta, daha sonra Raul Fernandes onu üstələyib və ilk dövrə tamamlanmadan Bezzekki altıncı yerə düşüb.

İkinci dövrədə ilk sektorda sarı bayraqlar qaldırılıb və ekrana Xoan Mir ilə Luka Marininin qəzaya düşdüyü anlar gətirilib. Bu vaxt Fabio Di Cannantonio dördüncü yerə yüksəlib.

Cek Miller, Fermin Aldequerə hücum edərkən Aldequerin ön qanadı qopub. İnsidentdən sonra Millerə üç yerlik cərimə tətbiq edilib.

Son beş dövrəyə daxil olunanda Aleks Markes, Pedro Akostanın 1.5 saniyə qabağında liderliyini davam etdirib. Üçüncülük uğrunda mübarizə isə son dövrələrə qədər davam edib və nəhayət, Di Cannantonio Fernandesə hücum edib və onu keçə bilib.

Damalı bayraq göstəriləndə Markes yarışı rahat şəkildə lider tamamlayıb. Bu nəticə ilə o ardıcıl ikinci sprint qələbəsini qazanıb.

Akosta ikinci yeri tutub, podyumun son pilləsinə isə Di Cannantonio yüksəlib.

Fernandes dördüncü, Bezzekki beşinci olub və onları Morbidelli ilə Kuartararo izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et