Q1: Banyaya üçün kabus, Fernandes və Zarko üçün yüksəliş
Səhər başlayan Q1 sessiyası böyük mübarizəyə səhnə olub. Ducati komandasının sürücüsü Françesko Banyaya ilk dəqiqələrdə liderliyi ələ alsa da, sessiyanın sonlarına yaxın yaşadığı mexaniki problem səbəbindən motosikletini saxlamaq məcburiyyətində qalıb və Q2-yə yüksəlmə şansını itirib.
Raul Fernandes 1:29.036 zaman nəticəsi ilə Q1-in ən sürətli sürücüsü olub, Yohan Zarko isə ikinci keçid bileti ilə Q2-yə qalmağı bacarıb. Luka Marini isə şansı cüzi fərqlə əldən verib.
Q2: Tras qızıb, temp yüksəlib
Q2-də hava və asfalt temperaturunun bir qədər yüksəlməsi pilotların tempini ciddi şəkildə artırıb. Yeni təkərlərlə başlayan ilk cəhdlərdə Aleks Markes, 1:28.967 zaman nəticəsi ilə liderliyi ələ alıb. Onu Pedro Akosta və Fabio Kuartararo izləyiblər.
Bezzekki sessiyanın ortalarına qədər üçüncü yerdə qərarlaşıb. Lakin yenidən trasa çıxdıqdan sonra daha təmiz və risksiz bir dövrə ataraq 1:28.809 zaman nəticəsinə imza atıb. Bununla da həm rekord qırıb, həm də poul mövqeyini təmin edib.
Aleks Markes son cəhdində nəticəsini yaxşılaşdıra bilmədiyi üçün ikinci yerdə qalıb. Fabio Di CiannanTonio isə üçüncü yeri götürərək yarışa ön sıradan başlama hüququ əldə edib.
Nəticə:
- Marko Bezzekki — 1:28.809 (tras rekordu)
- Aleks Markes
- Fabio Di CiannanTonio




Şərh əlavə et