Aprilia komandasının sürücüsü Bezzekki sessiyanın əvvəlində ən sürətli sürücü idi, lakin Akostanın tempi artırması ilə ikinci sıraya enib. KTM komandasının pilotu Soft arxa təkərdən Medium arxa təkərə keçdikdən sonra yarış tempində də zirvəyə yüksəlib.
Akosta istifadə olunmuş təkərlərlə atdığı dövrə ilə fərqi 0.6 saniyəyə qədər açıb. Sessiyanın sonunda bu fərq Bezzekki tərəfindən 0.053 saniyəyə qədər endirilib. Morbidelli isə VR46 Ducati ilə ilk üçlükdə qərarlaşıb.
Françesko Banyaya bir daha ilk onluqdan kənarda qalıb və azarkeşlərini məyus edib. Ducati komandasının pilotu şənbə günü Q1-də son iki yer üçün mübarizə aparacaq.
Fabio Kuartararo sessiyanın ortasında Yamahası ilə maye sızması problemi yaşayaraq ,qısa fasilə verməli olub. Xorxe Martin isə körpücük sümüyü zədəsindən dönüşündə 20-ci yerdə qalıb və sessiyanı istifadə olunmuş təkərlərlə tamamlayıb.




Şərh əlavə et