Valensiyada Miller yaxşı başlayıb

Rauf Hacıyev 14 Noyabr 2025, 15:17
Valensiyada Miller yaxşı başlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Valensiya Qran Prisinin ilk sərbəst yürüşlərini Cek Miller zirvədə tamamlayıb.

Avstraliyalı pilot yeni Medium təkiklərlə atdığı sürətli dövrə sayəsində sessiyanın sonunda uzun müddət lider gedən Aleks Markesi qabaqlayıb. Markes bütün sessiyanı eyni təkər dəsti ilə davam etdirib, Miller isə yarım saniyə fərqlə on dördüncülükdən birinci yerə yüksəlib.

Təzə təkərlər taxan digər sürücülərin də tempi artırması ilə siyahı sürətlə dəyişib və Miller günü debütant Ay Oquranın 0.323 saniyə önündə tamamlayıb. HRC-nin xüsusi dəvəti ilə gələn Aleş Esparqaro və Raul Fernandes ilk dördlüyü tamamlayıblar.

Franko Morbidelli köhnə təkərlərlə sürdüyü halda güclü temp tapıb və sessiyanın sonunda Aleks Markesi keçərək beşinci yerə yüksəlib. Avqusto Fernandes, Yamaha V4 ilə üçüncü həftəsində yeni şassini sınaqdan keçirib və yeni təkərlə onuncu yerə yerləşib.

Marko Bezzekki və Françesko Banyaya sessiyaya daha sakit başlayıblar və bütün sürüş boyu eyni Medium arxa təkəri istifadə ediblər. Maverik Vinyales zədədən dönərək sessiyanı on doqquzuncu, Xorxe Martin isə iyirmi dördüncü sırada tamamlayıb.

KTM-dən Bred Binder səhər sessiyasında həftənin ilk qəzasını edib, son dəqiqələrdə isə bu dəfə Fermin Aldequer yıxılaraq sessiyanı bitirib. Sürücülərin əksəriyyəti Soft ön – Medium arxa təkərlər trasa çıxdığı halda, Nikolo Buleqa Hard ön təkəri sınayan yeganə pilot olub.

Bunları da oxuyun

Şərh əlavə et