Xəbəri Kokpitdə Oxuyun!

Taito Kato Formula 3-də yarışacaq

Formula 3-də çıxış edən ART Grand Prix komandası 2026-cı il mövsümü üçün yeni pilotunu açıqlayıb. Komanda Taito Kato ilə müqavilə imzalayıb. Yaponiyalı sürücü gənclər seriyasındakı digər iki debütant Kanato Li və Matssey Qladişlə komanda yoldaşı olacaq.

Kato “formulalar”dakı çıxışına 2024-cü ildə başlayıb və ilk cəhdində Fransa Formula 4 çempionu olub. 2025-ci ildə o, Regional Formula Europe seriyasına keçib, iki dəfə podiuma qalxıb və ümumi sıralamada yeddinci yeri tutub.

Taito Kato: “Məni gələn il qarşılayacaq yeni çağırışları səbirsizliklə gözləyirəm. ART Grand Prix komandası ilə Formula 3-də çıxış edəcəyim üçün çox sevinirəm. Bu komandanı artıq Regional Formula Europe seriyasındakı əməkdaşlığımızdan yaxşı tanıyıram”.

Rauf Hacıyev

Şərh əlavə et