Xəbəri Kokpitdə Oxuyun!

Portuqaliyada poulu Bezzekki qazanıb

Portuqaliyada keçirilən MotoGP mərhələsinin sıralanma turunda Marko Bezzekki ən sürətli dövrə nəticəsini göstərərək poul mövqeyini əldə edib.

Sessiya Q1 mərhələsi ilə başlayıb. Pit yolu açılan kimi pilotlar təmiz hava axınından yararlanmaq üçün dərhal trasa çıxıblar. İlk turlarda Fabio Kuartararo 1:40.031-lik nəticə ilə temp müəyyənləşdirib. Yamaha pilotu fərqi qısa müddətdə artırıb, Cek Miller isə 1:40.340 nəticə ilə ikinci sıraya yüksəlib. İlk mərhələdə Buleda, Bastyani­ni və Marini onları izləyiblər.

Sessiyanın ortasında Kuartararo 1:39.588-ə enərək üstünlüyünü 0.15 saniyəyə qədər artırıb. Buleqa güclü performans göstərsə də, son sektorda səhv edərək, sürətini tam əks etdirə bilməyib.

Trackhouse Aprilia komandasından verilən açıqlamada, dünənki məşqlərdə qəzaya düşən Raul Fernandesin həftəsonunun qalan hissəsində iştirak etməyəcəyi təsdiqlənib.

Son dəqiqələrdə Luka Marini tempi artıraraq 1:39.003-lük dövrə ilə zirvəyə çıxıb. Ancaq Fabio Kuartararo son cəhdində 1:38.661 nəticə ilə liderliyi geri alıb. Cek Miller isə 0.253 saniyə fərqlə ikinci olub və Q2-yə yüksələn digər sürücü adını qazanıb. Marini üçüncü yeri tutaraq Q2-yə keçidi cüzi fərqlə qaçırıb. İlk yeddilikdə Binder, Morbidelli, Bastyanini və Rins də yer alıblar.

Q1-i lider tamamlayan Kuartararo beləliklə Portuqaliya Qran Prisinin Q2 mərhələsinə vəsiqə qazanıb.

Q2-də hava şəraiti ideal olub. İlk dəqiqələrdə Françesko Banyaya və Kuartararo ön sıralarda yer alıblar, lakin Marko Bezzekki tempi tutduqdan sonra 1:37.556-lıq dövrə ilə zirvəyə yüksəlib. Pedro Akosta ondan cəmi 0.150 saniyə geri qalaraq ikinci, Kuartararo isə 1:37.860 nəticə ilə üçüncü olub.

Banyaya dördüncü, Aleks Markes beşinci, Zarko və Xoan Mir isə müvafiq olaraq altıncı və yeddinci yerdə qərarlaşıblar.

Cek Miller səkkizinci yeri tutub, ilk onluğu isə Fabio Di Cannan­tonio, Fermin Aldequer və Ai Oqura tamamlayıblar. Pol Esparqaro 12-ci olub.

Beləliklə, sıralanma turlarının yekununda Marko Bezzekki 1:37.556-lıq nəticə ilə poul mövqeyini qazanıb. Red Bull KTM sürücüsü Pedro Akosta ikinci, Yamaha pilotu Fabio Kuartararo isə üçüncü olub və Portuqaliya Qran Prisinə ön sıradan start almaq hüququ əldə edib.

Rauf Hacıyev

Şərh əlavə et