İmola testlərini Kolnanyi zirvədə bitirib

Rauf Hacıyev 23 Oktyabr 2025, 11:59
İmola testlərini Kolnanyi zirvədə bitirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mattia Kolnanyi Formula 3-ün İmola testlərinin son günündə ən yaxşı nəticəni göstərib. MP Motorsport komandasının sürücüsü səhər sessiyasında 1:31.824 zaman nəticəsi ilə liderliyi ələ alıb.

İlk test günündən fərqli olaraq, bu dəfə yağış sürücülərə mane olmayıb və onlar günə sürətli dövrləərlə başlayıblar. İlk saatda sessiya iki dəfə qırmızı bayraqla dayandırılıb. Səbəbi Maykl Şin, Fion MakLaflin və Teofil Naelin 4-cü döngədə trasdan çıxması olub.

Testlər bərpa olunduqdan sonra sürücülər ardıcıl olaraq protokolun zirvəsində yer dəyişiblər və sonda Kolnanti, Bred Benavidesi cəmi 0,002 saniyə qabaqlayaraq ən sürətli olub.

Səhər sessiyasının son saatında az sürücü nəticəsini yaxşılaşdıra bilib, lakin sessiya yenə qırmızı bayraqla dayandırılıb. Bu dəfə Evan Devidin bolidinin dayanması səbəbindən…

Günün ikinci yarısında diqqət əsasən yarış tempinə yönəlib. Sessiyanın son 20 dəqiqəsində Şinin 4-cü döngədə dayanması bir daha qırmızı bayrağa səbəb olub.

Günün əvvəlində Bred Benavides tərəfindən göstərilən 1:32.201 zaman nəticəsi isə daha yaxşılaşdırılmayıb və elə həmin göstərici günün ikinci hissəsinin ən sürətli vaxtı kimi qalıb.

Bununla da Formula 3 mövsümü rəsmi olaraq başa çatıb. Sürücülər növbəti dəfə  sükan arxasına 2026-cı ilin qışında keçiriləcək mövsümöncəsi testlərdə keçəcəklər.

Bunları da oxuyun

Şərh əlavə et