Sıralanma turlarından sonra əksəriyyət Yamaha ilə Aprilia arasında mübarizəsi gözləyirdi lakin sprint yarışı italyan komandasının şousuna çevrilib. Start düzülüşündə iki Yamaha ilk cərgədə yer alıb. Belə mənzərə sonuncu dəfə 2021-ci ilin Assen yarışında müşahidə olunmuşdu.
Yarışın startında Miller mükəmməl çıxış etsə də, ikinci cərhədən başlayan Aleks Markes liderliyi ələ alıb. İlk dövrə tamamlanmadan Trackhouse Aprilia komandasının sürücüsü Raul Fernandes önə keçib, qısa müddəət sonra isə Marko Bezzekki Gresini Ducatini geridə qoyaraq, ikinci yerə yüksəlib. Beşinci dövrədə Aprilia komandasının sürücüləri tempi artıraraq, təxminən iki saniyəlik fərq yaradıblar.
Altıncı dövrədə Bezzekki əyləc nöqtəsini qaçırıb və geriləsə də, dərhal ən sürətli dövrəni göstərərək yenidənliderə yaxınlaşıb. Doqquzuncu dövrədə Fernandesin arxasına qədər gəlib, onuncu dövrədə isə gözəl bir manevrlə liderliyi ələ alıb və fərqi artırıb. Eyni vaxtda son Qran Prinin qalibi Fermín Aldequer yıxılaraq, yarışı tərk edib.
Üçüncü yer uğrunda Pedro Akosta ilə Cek Miller arasında gərgin mübarizə yaşanıb. Akosta ev sahibi Millerin təzyiqinə tab gətirərək podiumun son pilləsini ələ keçirib. Ən yaxşı nəticə göstərən Ducati sürücüsü isə beşinci olan Fabio Di Canantonio olub.
Aleks Markes altıncı, Fabio Kuartararo yeddinci, Luka Marini səkkizinci, Pol Esparqaro isə doqquzuncu yeri tutaraq son xalı qazanıb. Eneya Bastyannini 20-ci yerdən start alıb və onuncu yerdə finişə çatıb. Françesko Banyaya isə çətin yarış keçirdiyi üçün liderin 32 saniyə gerisində 19-cu pillədə yarışı tamamlayıb.
Şərh əlavə et