Xəbəri Kokpitdə Oxuyun!

Avstraliyada son sessiyanın lideri Bezzekkidir

MotoGP üzrə Avstraliya Qran Prisinin son məşq sessiyasını Marko Bezzekki lider kimi başa vurub.

Moto2 sessiyası yağışlı şəraitdə keçiriləndən sonra MotoGP sürücüləri Filip Aylənd trasında son məşqə çıxarkən havanın temperaturu cəmi 13 dərəcə idi.

Yaşıl işıqlar yandıqdan sonra əksər pilotlar Medium ön və Soft arxa təkərlərlə trasa çıxıblar. Aleks Markes və Bred Binder isə Soft ön təkər seçimini üstün tutublar.

İlk dövrlərdən sonra Marko Bezzekkii 1:27.278-lik nəticə ilə zirvəyə yüksəlib. Onu 0.3 saniyə geridə Fermin Aldequer izləyib. Bu zaman Luka Marini motosikletində mühərrik nasazlığı ilə üzləşib. Yohan Zarko isə qəza edərək sessiyanı vaxtından əvvəl başa vurub.

Damalı bayraqdan sonra nəticələr belə formalaşıb: Marko Bezzekki birinci, Fabio Di Cannanntonio ikinci, Fabio Kuartararo isə üçüncü yeri tutub.

Aleks Markes və Raul Fernandes isə müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar.

Rauf Hacıyev

Şərh əlavə et