Barselona testlərini Nael zirvədə bitirib

Rauf Hacıyev 17 Oktyabr 2025, 07:15
Barselona testlərini Nael zirvədə bitirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Cümə axşamı Barselonada keçirilən ikigünlük Formula 3 testləri başa çatıb. Günün ən yaxşı nəticəsini Campos Racing komandasının sürücüsü Teofil Nael göstərib.

Gecə yağan yağış trasdakı işlənmiş kauçuk qatını yuyub aparıb, buna görə də səhər sessiyasının əvvəlində sürücülər trasa çıxmağa tələsməyiblər. Lakin tədricən sürətlər artıb və sessiyanın bitməsinə 45 dəqiqə qalmış Nael 1:28.398 zaman nəticəsi ilə ən sürətli dövrəsini vurub. Bu göstərici testlərin ilk günündəki ən yaxşı nəticədən bir qədər zəif olub.

Bundan qısa müddət sonra trasda ilk dəfə qırmızı bayraqlar qaldırılıb. Səbəb Cozef Loukun üçüncü döngədə trasdan çıxması olub.

Fasilə çox çəkməyib və testlər bərpa olunduqdan sonra sürücülər proqramlarına davam ediblər. Sessiyanın bitməsinə on dəqiqə qalmış isə Alessandro Custinin onuncu döngədə dayanması səbəbindən ikinci dəfə qırmızı bayraqlar göstərilib. Sessiyadan sonra texniki yoxlama zamanı MP Motorsport sürücüsünün bolidindən minimum yanacaq nümunəsi götürmək mümkün olmayıb, buna görə də səhər sessiyasında onun vurduğu bütün dövrələr protokollardan silinib.

Günün ikinci yarısında keçirilən sessiyada sürücülər əvvəlcə sıralanma tempində işləyiblər. Bu mərhələdə ART komandasının sürücüsü Taito Kato 1:28.367 saniyə zaman nəticəsi göstərib. Bu göstərici günün sonuna qədər əlçatmaz olaraq qalıb, çünki sonrakı hissədə komandalar əsasən yarış tempində işləyiblər.

Formula 3 üzrə növbəti testlər 21–22 oktyabr tarixlərində İtaliyanın İmola trasında keçiriləcək.

Bunları da oxuyun

Şərh əlavə et