Uqoçukvu Barselona testlərində birincidir

Rauf Hacıyev 16 Oktyabr 2025, 06:48
Uqoçukvu Barselona testlərində birincidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Çərşənbə günü Barselonada Formula 3 üzrə iki günlük testlərə start verilib. Günün yekununda ən yaxşı nəticəni Uqo Uqoçukwu göstərib. Campos Racing komandasının sürücüsü səhər sessiyasında bir dövrəni 1:28.322 saniyəyə tamamlayıb.

Səhər sürücülər sıralanma tempində işə başlayıblar. Sürətlər tədricən artıb və testlərin ilk saatında Custi, Taponen, Kolnañi və Del Pino bir-birini liderlikdə əvəzləyiblər. Sessiyanın başlanmasından 70 dəqiqə sonra ilk qırmızı bayraqlar qaldırılıb. Buna Mixael Şinin səkkizinci döngədə dayanması səbəb olub.

Testlər bərpa edildikdən sonra ən yaxşı nəticəni Uqo Uqoçukvu göstərib. Campos komandasının sürücüsü sessiyanın bitməsinə 45 dəqiqə qalmış nəticəsini bir daha yaxşılaşdırıb və bu göstərici günün sonuna qədər təkrarlanmadan qalıb.

Bir saatlıq nahar fasiləsindən sonra günün ikinci sessiyası bir neçə sürətli dövrə seriyası ilə başlayıb. Lakin komandalar və sürücülər əsas diqqəti yarış tempində işə yönəldiblər. Sessiya sakit keçsə də, bitməsinə iyirmi dəqiqə qalmış trasda yenidən qırmızı bayraqlar qaldırılıb.

Enso Delinyi üçüncü döngədə idarəetməni itirərək, çınqıllığa çıxıb. Prema komandasının sürücüsü trasda hərəkətini bərpa edib və boksa qayıda bilib, lakin asfalt üzərində çoxlu çınqıl qaldığından testlər yeddi dəqiqəlik fasilə ilə dayandırılıb.

Qalan vaxt ərzində ART komandasının polşalı sürücüsü Matsiye Qladaş bir dövrəni 1:29.003 saniyəyə qət edib.

Testlər cümə axşamı davam edəcək. Hitech TGR komandasında dəyişiklik gözlənilir. Belə ki, Mixael Şinin yerinə sükan arxasına Cozef Louk keçəcək.

Bunları da oxuyun

Şərh əlavə et