Xəbəri Kokpitdə Oxuyun!

C.Vorton Prema-ya qatıdıb

Avstraliyalı Ceyms Vorton “Prema Racing” komandasına qayıdır və o, gələn il Formula 3-dəki ikinci mövsümünü italyan komandasında keçirəcək.

19 yaşlı sürücü keçəm il ART komandasında çıxış edib, lakin 2024-cü ildə Prema ilə birlikdə Regional Formula Europe seriyasında vitse-çempion olub, ondan bir il əvvəl isə Formula 4 UAE (Birləşmiş Ərəb Əmirlikləri) çempionatında titul qazanıb.

Avstraliyalı pilot Xeresdə keçirilən mövsümöncəsi testlərdə artıq Prema komandasının bolidini idarə edib.

Komandanın rəhbəri Rene Rosin bildirib: “Ceymsin Premaya qayıtmasından çox məmnunuq. O, avtoidmanda ilk addımlarını atarkən onunla əla əməkdaşlığımız olub. Birlikdə keçdiyimiz yoldan qürur duyuruq və onun potensialına inanırıq”.

Ceyms Vorton: “Gələn mövsüm özüm üçün ikinci ev saydığım komandaya qayıdıram. Testlərdə əsas məqsəd bolidin sükanı arxasında özümü rahat hiss etmək və komanda ilə yenidən uyğunlaşmaq idi. Beləcə, 2026-cı ilə düzgün hazırlaşıb mövsümün startı olacaq doğma Melburn yarışı üçün yaxşı formaya gəlmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et